Rusiyaya işləyən amerikalı hərbçi ələ keçdi
Böyük Britaniyada Rusiyanın xeyrinə casusluq etmək ittihamı ilə saxlanılan 41 yaşlı ABŞ hərbçisi Amerika Birləşmiş Ştatları ordusuna təhvil verilib.
Adalet.az-ın xəbərinə görə, London Metropolitan Polisinin yaydığı rəsmi açıqlamada bildirilir ki, 10 noyabrda İngiltərənin Qlosterşir bölgəsində Terrorla Mübarizə Polisi (CTP) tərəfindən həbs edilən şübhəli ilə bağlı ilkin istintaq tədbirləri yekunlaşıb.
CTP direktorunun müavini Lorens Teylor məsələ ilə bağlı açıqlamasında polis araşdırmalarından sonra işin prokurorluğa təqdim edildiyini və Britaniya prokurorlarının prosesi amerikalı həmkarları ilə koordinasiyalı şəkildə müzakirə etdiyini bildirib. İddiaların son dərəcə ciddi olduğunu vurğulayan Teylor şübhəlinin məxfi məlumatları əldə etmək, yaymaq və xarici kəşfiyyat xidmətinə yardım göstərməkdə ittiham olunduğunu qeyd edib. Əməliyyat çərçivəsində Qlosterşirdəki iki ünvanda axtarışlar aparılıb.
ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kaş Patel hadisəyə sərt münasibət bildirərək, ölkəsinə xəyanət edən və milli təhlükəsizliyi təhdid altına atan şəxslərə qarşı heç bir güzəştin olmayacağını bəyan edib. Onun sözlərinə görə, sözügedən hərbçi FTB, Britaniyanın daxili kəşfiyyat xidməti (MI5), Terrorla Mübarizə Polisi, Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat bölməsi və ABŞ ordusunun Əks-kəşfiyyat Komandanlığının birgə əməkdaşlığı nəticəsində yaxalanıb.
Digər Xəbərlər
18 Noyabr 2026 07:31
Husilər Səudiyyə Ərəbistanının neft kəmərinə hücum etdilər
18 Noyabr 2026 07:17
ABŞ hərbçiləri İrana müddəti bitmiş raketlər atıb
18 Noyabr 2026 07:01
Keçmiş pilot parlament sədri seçildi
18 Noyabr 2026 06:52
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
17 Noyabr 2026 23:22
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 19 nəfər ölüb - YENİLƏNİB
17 Noyabr 2026 22:12
Məkkə paktına üzv ölkələrin növbəti görüşü Almaniyada baş tutacaq - Hakan Fidan
17 Noyabr 2026 19:00
Şeybani: Türkiyədəki 700 mindən çox vətəndaşımız Suriyaya qayıdıb
17 Noyabr 2026 18:51


Bakı -°C

