Keçmiş pilot parlament sədri seçildi
İsrail parlamentində (Knesset) yeni spikerin seçilməsi ilə bağlı keçirilən səsvermə başa çatıb.
Adalet.az xəbər verir ki, müxalifət blokunun namizədi Matan Kahana səsvermədə hakim koalisiyanın dəstəklədiyi Ofir Katzı geridə qoyaraq Knessetin yeni sədri seçilib.
Yeni sədrin müəyyənləşdirilməsi məqsədilə keçirilən iclas gərgin müzakirələrlə yadda qalıb. Hakim blokla həmrəy olan deputatların sessiyanı təxminən 6 saat uzatmaq cəhdlərindən sonra səsvermə baş tutub. Nəticədə 66 lehinə, 52 əleyhinə səslə qalib gələn Matan Kahana Əmir Ohananı əvəz edərək Knessetin yeni sədri vəzifəsinə gəlib.
Seçki prosesində ərəb partiyalarının mövqeyi də diqqət çəkib. Keçmiş qırıcı pilotu və din xidmətləri naziri olan Matan Kahana bəzi təklifləri rədd edərək müxalifət və ərəb deputatların dəstəyi ilə bu posta layiq görülüb. Səsvermənin nəticəsində ərəb Knesset üzvləri Əhməd Tibi və Vəlid Taha da Knessetin vitse-spikeri postlarına seçiliblər.
Kahananın sədr seçilməsi İsraildə yeni hökumətin formalaşdırılması üzrə danışıqlar fonunda Knessetdə qanunvericilik prosesinə və gündəliyin müəyyənləşdirilməsinə təsir edə biləcək vacib addım kimi qiymətləndirilir.
1972-ci ildə Hayfada anadan olan Matan Kahana hərbi keçmişi ilə də tanınır. O, İsrail ordusunda qırıcı pilotu və xüsusi təyinatlı bölmələrdə xidmət edib, müxtəlif illərdə keçirilən hərbi əməliyyatlarda iştirak edib. 2018-ci ildə polkovnik rütbəsi ilə ordudan təqaüdə çıxan Kahana daha sonra siyasi fəaliyyətə başlayıb.
Digər Xəbərlər
18 Noyabr 2026 06:52
Sardiniyada qadınların 100 yaşa çatma ehtimalı dörd dəfə yüksəkdir
17 Noyabr 2026 23:22
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 19 nəfər ölüb - YENİLƏNİB
17 Noyabr 2026 22:12
Məkkə paktına üzv ölkələrin növbəti görüşü Almaniyada baş tutacaq - Hakan Fidan
17 Noyabr 2026 19:00
Şeybani: Türkiyədəki 700 mindən çox vətəndaşımız Suriyaya qayıdıb
17 Noyabr 2026 18:51
Hakan Fidan: Suriyanın ərazi bütövlüyü məsələsində həssasıq
17 Noyabr 2026 17:47
Fransa polisindən minə yaxın əməkdaş... - ŞOK RƏQƏM
17 Noyabr 2026 17:27
İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
17 Noyabr 2026 17:05


Bakı -°C

