İran Xameneinin ölümünə görə 159 nəfərə ittiham irəli sürüb
İranın sabiq Ali Lideri Ayətullah Seyid Əli Xamenei və ailə üzvlərinin öldürülməsi ilə bağlı 159 ABŞ və İsrail vətəndaşı barəsində ittiham aktı hazırlanaraq məhkəməyə göndərilib.
Adalet.az xəbər verir ki, bu barədə İran Məhkəmə Sisteminin sözçüsü Əli Kazemi noyabrın 17-də Tehranda keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, cinayət işi çərçivəsində 92 ABŞ və 67 İsrail vətəndaşı olmaqla, ümumilikdə 159 nəfər ittiham olunur. İş üzrə prokurorluq mərhələsində araşdırmalar aparılıb və zəruri hüquqi tədbirlər görülüb.
Kazemi bildirib ki, məhkəmə araşdırması təkcə Xameneinin deyil, onun həyat yoldaşının, qızının, gəlininin, nəvəsinin və kürəkəninin ölümü ilə bağlı halları da əhatə edir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana endirdiyi hava zərbələri nəticəsində Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri həlak olub. Bir müddət sonra Ekspertlər Şurası onun oğlu Seyid Müctəba Xameneini İranın yeni Ali Lideri seçib.
Digər Xəbərlər
17 Noyabr 2026 17:05
Trampdan İrana xəbərdarlıq: Buna çox ciddi yanaşırıq...
17 Noyabr 2026 14:45
Rusiya liderinin "danışıq tərzini əks etdirən "Sadıkov kimdir? - VİDEO
17 Noyabr 2026 12:39
Liderlər görüşüşəcək
17 Noyabr 2026 12:23
“Sözcü TV”dəki əməliyyatın səbəbi açıqlandı - YENİLƏNİB
17 Noyabr 2026 11:50
Epşteynin boynundakı izlər nəyi göstərir? - Ekspertdən sensasion açıqlama
17 Noyabr 2026 10:50
Pilot lisenziyası dayandırıldı - Uzun müddətdir uçmurmuş
17 Noyabr 2026 10:22
Rusiya Xəzər dənizində terror aktlarının qarşısını aldığını açıqlayıb
17 Noyabr 2026 09:56


Bakı -°C

