Prezident Kvrivişvilini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib.
Adalet.az xəbər verir ki, söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentinin Gürcüstana dövlət səfəri, həmçinin Mariam Kvrivişvilinin ötən il ölkəmizə səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı, bütün bunların ikitərəfli əlaqələrimizin inkişafına töhfə verdiyi qeyd olundu.
Qonaq Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin salamlarını Prezident İlham Əliyevə çatdırdı.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazir İrakli Kobaxidzeyə çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycanla Gürcüstan arasında dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etməsindən məmnunluq bildirildi.
Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi enerji və nəqliyyat layihələrinin daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.
Söhbət zamanı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında roluna toxunuldu, ticarət dövriyyəsinin artırılması, bağlantılar, enerji, sərmayələr və digər istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
17 Noyabr 2026 17:28
Prezident Vadefulu qəbul etdi
17 Noyabr 2026 16:31
Zakir Həsənov Giorgi Matiaşvilini qəbul etdi
17 Noyabr 2026 16:22
"Əlilliyi ləğv edilənlər iş tapmaqda çətinlik çəkirlər" - Deputat
17 Noyabr 2026 15:51
İlham Əliyev bu sənədləri təsdiqlədi
17 Noyabr 2026 15:40
Uzunmüddətli xəstəlik zamanı gəlir itkisi kompensasiya edilsin – Deputat
17 Noyabr 2026 14:32
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi
17 Noyabr 2026 13:01
Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
17 Noyabr 2026 12:53


Bakı -°C

