Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
Böyük Britaniyada köhnə mis kabel infrastrukturuna əsaslanan ənənəvi analoq telefon xətlərinin istifadəsi başa çatır.
Adalet.az-ın məlumatına görə, “BT Group” çətiri altında fəaliyyət göstərən şəbəkə operatoru “Openreach” xəbərdarlıq edib ki, 31 yanvar 2027-ci ildə analoq şəbəkə tamamilə bağlanacaq.
Şirkətin açıqlamasına görə, hazırda təxminən bir milyon analoq xətt istifadə olunur və onların 300 mini müəssisələrin payına düşür. Təhlükə yalnız ev telefonları ilə məhdudlaşmır, vaxtında rəqəmsal infrastruktura köçürülməzsə, kart ödəniş terminalları (POS), liftlərdəki təcili əlaqə telefonları, yanğın siqnalizasiyaları və təhlükəsizlik sistemləri də fəaliyyətsiz qala bilər.
“Openreach”in rəsmisi Ceyms Lilli bildirib ki, rəqəmsal miqrasiya prosesini ləngidən təşkilatlar ciddi əməliyyat və təhlükəsizlik riskləri ilə üzləşəcəklər.
“Openreach” artıq 1 oktyabrdan köhnə mis xətlər üçün tarifləri ikiqat artırıb və fevral ayından növbəti qiymət artımı gözlənilir. Son tarixə qədər rəqəmsal şəbəkəyə keçməyən istifadəçilər avtomatik olaraq yalnız əsas zənglərə icazə verən müvəqqəti xidmətə keçiriləcəklər ki, bu da rəqəmsal alternativlərdən xeyli baha başa gələcək.
Ev telefonunu saxlamq istəyən abunəçilər isə xidmətdən istifadəni davam etdirə biləcəklər, lakin cihazlar artıq xəttə deyil, genişzolaqlı internet routerinə qoşularaq İP-telefoniya sistemi ilə işləyəcək.
Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı da 31 dekabr 2035-ci ilə qədər bütün üzv ölkələrdə mis kabel şəbəkələrini tamamilə istismardan çıxarmağı hədəfləyir. Norveç və İspaniya isə artıq analoq sistemlərdən tam imtina edib.
Digər Xəbərlər
24 Noyabr 2026 08:42
iPhone istifadəçiləri bu funksiyanı mütləq aktivləşdirin
22 Noyabr 2026 23:45
Hər il bir milyon kiberinsident qeydə alınır - Kleyton
18 Noyabr 2026 11:45
Ağıllı saatlarla bağlı 20 manat aksiz vergisi tətbiq olunacaq
18 Noyabr 2026 07:13
Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb
17 Noyabr 2026 17:15
“Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTOLAR
16 Noyabr 2026 16:31
Bu ölkələrdə "Telegram" bloklandı - YENİLƏNİB
14 Noyabr 2026 22:00
“Meta” istifadəçilərin qalereyasına icazəsiz daxil olub - 805 milyon cərimələndi
05 Noyabr 2026 11:08


Bakı -°C

