Smartfon Wi-Fi-ya qoşulduqda belə gigabayt "yeyir": dayandırmağın yolu
Android telefonları Wi-Fi şəbəkəsinə qoşulu olduqda belə mobil internet paketindən istifadə edə bilər. Bunun səbəbi telefonun bəzi gizli parametrlərinin mobil şəbəkə ilə əlaqəni aktiv saxlamasıdır.
Adalet.az xəbər verir ki, bütün ay ərzində evdə Wi-Fi-yə qoşulu olmasına baxmayaraq, təxminən 2 GB mobil internet sərf etdiyi müəyyənləşdirilib.
Məlum olub ki, Android sistemindəki "Mobile Data Always Active" funksiyası Wi-Fi aktiv olduqda belə mobil şəbəkə bağlantısını hazır vəziyyətdə saxlayır. Bu, internet şəbəkələri arasında sürətli keçidi təmin etsə də, bəzi hallarda əlavə trafik sərfinə səbəb ola bilər.
Problemin qarşısını almaq üçün telefonun "Parametrlər" bölməsinə daxil olub "Telefon haqqında" hissəsində "Yığım nömrəsi" (Build Number) seçiminə yeddi dəfə toxunmaq lazımdır. Bundan sonra açılan "Tərtibatçı seçimləri" (Developer Options) bölməsində "Mobile Data Always Active" funksiyasını söndürmək mümkündür.
Samsung telefonlarında əlavə olaraq "Parametrlər" - "Bağlantılar" - "Wi-Fi" - "Intelligent Wi-Fi" bölməsindən "Switch to Mobile Data" funksiyasını deaktiv etmək olar.
Google Pixel modellərində isə "Şəbəkə və internet" bölməsindəki "Adaptive Connectivity" parametrini yoxlamaq tövsiyə edilir.
Bu dəyişikliklər mobil internet sərfini azaltmağa kömək edə bilər. Lakin Wi-Fi bağlantısı kəsildikdə mobil internetə keçid bir neçə saniyə gecikə bilər. (Lent.az)
Digər Xəbərlər
22 Noyabr 2026 23:45
Hər il bir milyon kiberinsident qeydə alınır - Kleyton
18 Noyabr 2026 11:45
Ağıllı saatlarla bağlı 20 manat aksiz vergisi tətbiq olunacaq
18 Noyabr 2026 07:13
Nvidia Çinə H200 süni intellekt çiplərinin tədarükünü dayandırıb
17 Noyabr 2026 17:15
“Bakcell” gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib - FOTOLAR
16 Noyabr 2026 16:31
Bu ölkələrdə "Telegram" bloklandı - YENİLƏNİB
14 Noyabr 2026 22:00
“Meta” istifadəçilərin qalereyasına icazəsiz daxil olub - 805 milyon cərimələndi
05 Noyabr 2026 11:08
MKA: “Android TV box” cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər
05 Noyabr 2026 07:36


Bakı -°C

