2025-ci ilin ilk Ay tutulması baş verib
Martın 14-də bu ilin ilk Ay tutulması baş verib.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet.az-a verilən məlumata görə, tutulma yerli vaxtla saat 09:09:33-də başlayıb və saat 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tam tutulma isə saat 10:26:06-da başlayıb, saat 11:31:26-da sona çatacaq. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək.
Tam tutulma zamanı Ay 65 dəqiqə qırmızı-narıncı rəngdə görünəcək. Tam tutulma hadisəsi zamanı, xüsusilə tutulma üfüqdə baş verdikdə Günəş şüaları Ayın səthinə birbaşa deyil, Yer atmosferindən keçərək düşür. Bu zaman qısa dalğalar (məsələn, mavi işıq) atmosferdə səpildiyi üçün Ay səthinə yalnız daha uzun dalğalar (məsələn, qırmızı işıq) çatır və ondan əks olunur. Ona görə də biz tutulma zamanı Ayı qırmızı-narıncı rəngdə görürük. Belə tutulmanı “Qanlı Ay” tutulması da adlandırırlar. Tutulma zamanı Ayın belə müxtəlif rənglərdə görünməyi Yer atmosferində nə qədər toz, su və digər hissəciklərin olduğundan asılıdır. Temperatur və rütubət də buna öz təsirini göstərir.
Bu nadir hadisə ən yaxşı Şimali və Cənubi Amerikada görünür. Ümumilikdə tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunur. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə edilmir.
Digər Xəbərlər
29 Sentyabr 2026 09:36
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
28 Sentyabr 2026 09:44
Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?
28 Sentyabr 2026 09:06
Qorxulu yuxuların səbəbi
27 Sentyabr 2026 12:30
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
24 Sentyabr 2026 09:26
Kosmosda “qaydaları pozan” planet kəşf edildi
24 Sentyabr 2026 09:11
Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz-üzədir - Köç planları hazırlanır
23 Sentyabr 2026 10:28
Ev şəraitində hazırlanan qidalara serfitikat tələb olunur?
22 Sentyabr 2026 16:44


Bakı -°C

