28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı məhkəmədə ittiham elan olundu
“Baksol yolu" adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiyaya düşüb ölməsi ilə bağlı açılan cinayət işi üzrə ittiham edilən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Adalet.az APA-ya istinadən xəbər verir ki, bu gün Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azər Cümşüdovun vəkili Anar Ramazanov vəsatətlərlə çıxış edib.
O, daşınmaz əmlakın reyestri və kadastrı üzrə mütəxəssislərin iştirakı ilə hadisə yerinə baxış keçirilməsini istəyib.
O, həmçinin Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin mütəxəssislərinin də prosesə cəlb olunmasını təklif edib.
O, həmçinin hadisə baş verən əraziyə obyektlərin “Təhlükəsiz şəhər” kameraları ilə bağlı da müvafiq qurumlara sorğu verilməsini istəyib.
Məhkəmə birinci və ikinci vəsatəti təmin edib. Digər vəsatətlərin isə sənədlərin tədqiqi mərhələsində müzakirə olunmasına qərar verilib.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan verib.
A.Cümşüdov ittihamla özünü təqsirli bilməyib.
Proses yanvarın 15-də davam etdiriləcək.
Qeyd edək ki, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb. Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.
Faktla əlaqədar Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
22 Dekabr 2025 11:34
Geomaqnit qasırğası gözlənilir
22 Dekabr 2025 10:47
Bakıda bacı-qardaş faciəli şəkildə öldülər
22 Dekabr 2025 09:59
Partlayış səsləri eşidiləcək - Xəbərdarlıq
22 Dekabr 2025 09:18
Bakıda kişi evdə yanaraq öldü
19 Dekabr 2025 18:48
Ataları tərəfindən döyülən uşaqlar xəstəxanaya yerləşdirildi
19 Dekabr 2025 16:22
İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - VİDEO
19 Dekabr 2025 15:25
Rusiya müharibəsinə yollanan Ağdaş sakinindən bir ildir xəbər yoxdu – FOTOLAR
19 Dekabr 2025 12:02


Bakı -°C

