07 Avqust 2025 13:00
282
SİYASƏT

3 siyasətçidən fərqli "Vaşinqton görüşü" açqlaması

Avqustin 8-nə planlaşdırılan ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan liderləri ilə planlaşdırılan görüşü  hazırda dünya gündəmindədir. 

Adalet.az  xəbər verir ki, müxtəlif siyasətçilər müxtəlif fikirlər yürüdərək görüşün mahiyyət və nəticələrini müzakirə edirlər 

 Erməni politoloq Suren Surenyants məsələ ilə bağlı bildirib ki, bu görüş  və  Ağ Evdə imzalanacaq sənəd yalnız siyasi reytinqi aşağı düşmüş Trampa və Nikol Paşinyana nüfuzunu qaldırmaq üçün lazımdır. Məqsədi Nobel Sülh mükafatı almaq olan Trampın bu sənədi “niyyət memorandumu” və “sülh bəyannaməsi” adlandırsa da, bu, əslində sülh müqaviləsi deyil, məcburi mexanizmləri olmayan niyyət bəyannaməsidir.

 Erməni politoloqun fikrincə, növbəti dəfə baş nazir seçilmək üçün Paşinyana bu görüş vacib lazım idi. Çünki hələ indidən Paşinyanın hakimiyyətinə qarşı böyük etiraz var və bu etirazın seçkiöncəsinə qədər artacağı görünür. 

 Görüşdə Zəngəzur yolunun açılması məsələsi də reallaşacağı aydındır ki,  bu yol da  təkcə regional deyil, həm də qlobal strategiyanın bir hissəsinə, İranı təcrid etmək və Rusiyaya təzyiq etmək üçün alətə çevrilir.

 Azərbaycanın məsələdən ən uğurlu tərəf kimi çıxacağına politoloqun şübhəsi yoxdur:" Bu prosesdən ən çox faydalananlar Bakı və Ankaradır. Onlar Ərdoğanın dəfələrlə elan etdiyi “Türk Dünyasına İnteqrasiya” proqramını həyata keçirən Azərbaycan və Naxçıvan vasitəsilə Türkiyəni Mərkəzi Asiya ilə birləşdirən Turan dəhlizini əldə edirlər.

Azərbaycan heç bir qarşılıqlı güzəşt olmadan strateji dəhliz alır, çünki bu, klassik marşrut deyil, beynəlxalq zəmanətli xüsusi statusa malik marşrut olacaq.

Surenyants Ermənistanın təhlükəsizlik riskləri ilə də bağlı fikir yürüdüb:" Ermənistan üçün bu prosesdə təhlükələr üst-üstə düşür. Zəngəzur yoluna beynəlxalq nəzarət modeli (Qərb monitorinqi ilə) gələcəkdə ərazi mübahisələri üçün əsas yaradan faktiki "xüsusi statusa " çevrilə bilər.
Ermənistan özünü qlobal maraqlar toqquşmasının mərkəzində tapır və bu da onu subyekt deyil, oyunun obyektinə çevirir. ABŞ-Rusiya-İran üçbucağında istənilən eskalasiya bizə ilk zərbə olacaq".

Digər erməni politoloq Qagik Ambaryan da iddia edir ki, Zəngəzur dəhlizi məhz Vaşinqtonda  təhvil veriləcək:" Tramp Vaşinqtonda Paşinyanı hansısa sənədi imzalamağa məcbur edəcək"

 Təbii ki, bu  erməni politoloqların  düşüncələridir.  Dünyanın bir çox siyasətçiləri onun kimi düşünmədiyini görürük.

Məsələn, Gürcüstanın  sabiq prezidenti Mixail Saakaşvili bu görüşü "çox mühüm tarixi hadisə" adlandırıb. Saakaşvilinin fikrincə  Tramp vasitəsilə Azərbaycan və Ermənistan arasında  sülh müqaviləsi imzalandığı halda Rusiya  rəsmi olaraq üç Cənubi Qafqaz ölkəsindən ikisində hegemonluğunu itirir:"O gün dünya tarixində Qafqazın Rusiyanın caynağından azad olunma tarixi kimi qalacaq. Rusiya daxildəki şəbəkəsi vasitəsilə Gürcüstana nəzarəti saxlasa da, bu vəziyyətdə dəyişmək üzrədir".

 Azərbaycan Dövlətinin əsas xətti isə mehriban qonşuluq, sabit region, sülh və firavanlıq olduğu  hər addımda ortadadır.

 Əntiqə Rəşid