Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs olundu
Gürcüstanda nəşr olunan “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham edilərək həbs olunub.
Adalet.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Dito Çubinidze bu ilin fevralından müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə dezinformasiya xarakterli məlumatlar yayıb, Gürcüstanın Baş nazirinin gizli razılaşma yolu ilə Keşikçidağ məbəd kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib.
İstintaq jurnalistin bu iddialarını təkzib edib və ona qarşı vətənə xəyanət ittihamı irəli sürüb.
İrəli sürülən ittiham üzrə Çubinidzeni dörd ilədək həbs cəzası gözləyir.


Bakı -°C

