Sərnişin qatarlarına 26 dəfə daş atılıb
Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılması halı qeydə alınıb.
Adalet.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə analoji hadisələrin sayı 38 % azalsa da, xoşagəlməz nəticələr dəyişmir: sərnişinlərin və qatar heyətinin həyatı təhlükə altına düşür, qatara ciddi zərər dəyir, maşinist qatarı təcili saxlamalı olur, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır.
Aşkarlanmış faktlarla bağlı Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir faktla bağlı müvafiq araşdırma aparılıb.
"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırır. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir", - deyə məlumatda qeyd olunub.
Digər Xəbərlər
19 Oktyabr 2026 12:36
Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
19 Oktyabr 2026 11:14
7 yaşlı uşaq su bidonunda boğuldu
19 Oktyabr 2026 10:29
Ötən həftə 8 azyaşlı xilas edilib - VİDEO
19 Oktyabr 2026 09:26
Əsgərin ölümünə görə 2 nəfər həbs edildi
18 Oktyabr 2026 20:31
Azərbaycanda polis rəisinin müavini vəfat edib
18 Oktyabr 2026 00:39
“Qarabağ” - “Neftçi” matçında insident: 19 nəfər saxlanıldı
17 Oktyabr 2026 16:25
Biləsuvarda qəzada ölənlərin adları açıqlandı - YENİLƏNİB
17 Oktyabr 2026 00:24


Bakı -°C

