adalet.az header logo
  • Bakı 20°C
17 Iyun 2022 11:48
1137
MARAQLI

38 il əvvəl 106 saylı marşrutda terror: Cani erməni niyə cəza almadı? - TƏFƏRRÜAT

Bu gün Azərbaycanlılara qarşı törədilmiş daha bir erməni terror hadisəsinin ildönümüdür. Bütün dünyada terror təşkilatlarının sayına, törətdikləri terror hadisələrinə, maliyyə və silahlanma gücünə görə dünyada ilkin yerləri tutan ermənilər hər fürsətdə terroru amaclarına çatmaq üçün əsas ideya silahı hesab edirlər.

Adalet.az xəbər verir ki, sovet dönəmində, xalqların sülh və əminamanlıq şəraitində yaşadığı bir zamanda , sosializm təbliğatının təsirində olan azərbaycanlıara sırınmış “qardaş olmuş Hayastan”öz çirkin niyyətini – terror hadisəsini Bakının mərkəzində həyata keçirdi. 17 iyun 1984-cü ildə paytaxtın N.Nərimanov prospektində, “90-11 AГТ” dövlət nömrə nişanlı 106 saylı sərnişin avtobusunun erməni terrorçusu Henrix Vartanov tərəfindən partladılması hadisəsi baş verdi. Aparılan axtarış tədbirləri nəticəsində Henrix Vartanovla birgə partlayıcı qurğunun kustar üsulla hazırlayan və cinayətdə iştirak edən Bakı sakini İqor Mixayloviç Malaxovski də yaxalanır. Terror aktı nəticəsində şəhər sakini Fatma Surxalızadə həlak olur, altı nəfər isə yaralanır.
 

Maraqlı bir nüansı da oxucularımızın nəzərinə çatdıraq. Həmin dövrdə Azərbaycanda yüksək vəzifələrdə olan ermənilərin müdaxiləsi Vartanovu cəzadan uzaqlaşdırır . Belə ki, 1985-ci ildə keçirilən məhkəmə prosesində Vartanovun cinayəti törədərkən “psixoloji durumunun normal olmadığı” haqqında qərar verilr və haqqında məcburi şəkildə ruhi xəstəxanaya göndərilməsi hökmünün çıxarıldığı məlum olur. İqor Malaxovskiyə isə 5 il həbsxanada, 10 il isə ciddi rejimli əmək islah düşərgəsində olmaqla 15 il həbs cəzası verilir.


Qeyd edək ki, mediada gedən məlumatlara görə, 1990-cı ilə qədər Azərbaycanda böyük vəzifələrdə olmuş bəzi ermənilər aşağıdakılardır :
 

1. A. A. Ayriyan - Azərbaycan SSR Meşə və Ağac emalı sənayesi naziri;
2. V. N. Nersesyan - Bakı şəhər Kirov rayon Partiya Komitəsinin I katibi;
3. N. V. Qabrielyan - Azərittifaqın sədr müavini;
4. A. S. Becanyan- Azərbaycan SSR Prokurorluğu İstintaq İdarəsinin prokuroru;
5. S. M. Q. Ohancanyan - Azərkəndkimya Birliyi sədrinin 1-ci müavini;
6. B. A. Ayrapetov - Bakı şəhər İcraiyyə Komitəsinin sədr müavini, Bakı şəhər Plan İdarəsinin sədri;
7. J. S. Sarkisova - Bakı şəhər Prokurorluğu Məhkəmələrdə Cinayət İşlərinə Baxılmasına nəzarət şöbəsinin prokuroru;
8. R. M. Qazaryan - İslah Əmək Müəssisələrində qanunlara əməl edilməsinə nəzarət şöbəsinin prokuroru.
9. N. A. Melkumyan - Azərbaycan SSR Prokurorluğunun baş mühasibi.
10. L. V. Ohanesyan - Bakı şəhər Prokurorluğu əlahiddə və ümumi hissənin rəisi;
11. A. S. Qevorkyan - Azərbaycan SSR Prokurorluğunun təsərrüfat müdiri;
12. E. S. Qasparyan - Nəqliyyat Qanunlarının icrasına nəzarət üzrə prokuror köməkçisi;
13. E. S. Petrosyan - Azərbaycan SSR Prokurorluğunun baş inspektoru;
14. O. V. Parsadanov - Dövlət Təhlükəsizlik Komitəsi şöbəsinin prokuroru;
15. A. A. Arzumanyan - Bakı Təmir Tikinti Trestinin müdiri, Bakı şəhər Sovetinin deputatı;
16. A. S. Hambarsumov - Azərbaycan KP Lenin rayon komitəsi bürosunun üzvü, rayon Partiya Komitəsinin yanında partiya komissiyasının sədri;
17. R. S. Bagiryants - Xəzərneftqazsənaye Ümumittifaq Sənaye Birliyinin rəisinin müavini, iqtisad elmləri namizədi, SSRİ qaz sənayesi fəxri işçisi;
18. M. B. Bunyatyan - SSRİ Sənaye Tikintisi Bankı Azərbaycan Əməliyyat İdarəsinin rəisi;
19. L. İ. Vartapetyan - Bakı Su Kəməri İdarəsinin rəisinin 1-ci müavini, Azərbaycan SSR əməkdar mənzil-kommunal təsərrüfatı işçisi;
20. S. N. Haykazyan - Bakı Qaz İstehsal İdarəsinin baş mühəndisi;
21. V. P. Yegizarov - Lenin rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin müavini;
22. A. X. Ohanyan - Bakı Kanalizasiya İdarəsinin baş mühəndisi;
23. R. V. Səfəryan - Sosial-Mədəni Obyektlər tikintisi tresti 9 saylı tikinti idarəsi kompleks briqadasının briqadiri, Azərbaycan KP Bakı səhər Komitəsinin üzvü;
24. N. R. Şahnazaryan - Nizami rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri.

 

P.S.Təbii ki, bu hadisə “qardaşlıq” eyforiyasında olan Azərbaycanlıları oyandırmadı. Əgər oyandırsaydı, 1987-ci ilədn başlayan erməni terrorizmi bu günə qədər davam etməzdi. Azərbaycanda bu günə qədər baş tutan bütün terrorlarda ermənilərin dəsti xətti aydın görünür. Terror isə ermənilərin türk dünyasına nifrətinin bariz nümunəsidir.

 

Əntiqə Rəşid