adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 20:34
77
DÜNYA
A- A+

4 il sonra ilk dəfə Rusiya səmasından uçdular

Tayvanın “China Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi dörd il ərzində ilk dəfə Rusiya hava məkanından uçub.

Adalet.az xəbər verir ki, bu haqda “RIA Novosti” agentliyi məlumat yayıb.

Belə ki, Taypeydən Romaya istiqamət alan CI75 reysi oktyabrın 25-də Rusiya hava məkanına daxil olub.

Qeyd edək ki, bu hadisə Tayvanın nəqliyyat orqanının 2022-ci ilin fevralında Rusiya Federasiyası üzərindən uçuşları dayandırmasından sonra baş verib.