43 ildir sevilən aktrisa 73 yaşında: FOTOLAR
Orta və yaşlı nəslin sevərək izlədiyi Sovet kinosunun inciləri sırasında yer alan "Moskva göz yaşlarına inanmır" filmi baxanların yaddaşından heç vaxt silinmədiyinə əminik.
Adalet.az xəbər verir ki, film 1979-cin ildə çəkilib. Hadisələr Moskvada əllinci illərdə baş verir. Bir-birindən yaraşıqlı üç əyalət qızı Moskvaya gəlir. Onlar da çoxları kimi meqapolisdə sevgi, yüksək qazanc və səadət axtarışındadır. Rəfiqələrin fərqli xasiyyətləri olduğu kimi taleləri də fərqlidir. Antonina ərə gedir, uşaq böyüdür, ərini sevir. Katerina isə dəlicəsinə aşiq olsa da, könlünün oğrusu onu atıb gedir. Ancaq o təslim olmur, qızını təkbaşına ayağa qaldırır və özünə möhtəşəm karyera qurur. Qırx yaşına çatanda fələk onu gözəl bir insan və əsl məhəbbətlə üzləşdirir... Lyudmila Moskvaya bir lotereya kimi baxır və paytaxtda bəxtini sınamaq istəyir.

Lyudmila onların arasında ən ambisiyalı, ən iddialısıdır. O, özünə sərfəli ər axtarır. Moskva kimi şəhərdə isə bu çətin olmamalıdır. O, hər yolla sadə, təvazökar və özünü kimya sahəsinə həsr etməyi düşünən rəfiqəsi Katerinanı ayıltmağa səy göstərir: – Kimya gələcəkdir. – Gələcəkdir? Sən hələ indiki zaman haqda düşün. Lyudmila yöndəmsiz, kasıb, adi zavod işçisinə ərə getmək fikrində deyil. O, bütün oğlan dostlarına varlı ailənin qızı olduğunu söyləyir. Onun məqsədi kübar cəmiyyətə daxil olmaqdır.

Lyudmila rolunu bizə sevdirən isə sovet kinosunun məşhur siması, Rusiyanın Xalq artisti İrina Muravyova 72 yaşını tamam edib və yeni yaşına keçib.

Filmin 43, İrina Muravyovanın isə 73 yaşı var. Aradan uzun illər keçsə də “Moskva göz yaşlarına inanmır”da Lyudmila, “Karnaval”da Nina Solomatina, “Ən cazibədar və cəlbedici”də Nadya Klyuyeva kimi tamaşaçı rəğbəti qazanan aktrisa indi də sevilir və simasındakı 43 il əvvəlki lətafət və məlahət onu tərk etməyib.
Əntiqə Rəşid
Digər Xəbərlər
07 Yanvar 2026 12:43
Mirzəağa Əliyevin teatrdan uzaqlaşdırdığı gənc aktyor - Əntiqə Kərimzadə yazır…
06 Yanvar 2026 13:24
Multikulturalizm Mərkəzi 2025-ci ili uğurla başa vurub
06 Yanvar 2026 10:50
"Qayınana" filminin ssenaristi vəfat etdi
05 Yanvar 2026 17:31
Leyla Əliyeva Maskatda Sultan Opera Evində olub - FOTOLAR
31 Dekabr 2025 09:33
Afaq Bəşirqızı: Atam dedi ki, səni öldürüb sonra öləcəyəm - VİDEO
30 Dekabr 2025 17:22
Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunacaq
29 Dekabr 2025 14:09
"SOLMAYASAN" - VİDEO
26 Dekabr 2025 19:50


Bakı -°C

