5 səhv sual müəllimlərin xeyrinə hesablandı
17-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutan imtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.
Bu barədə Adalet.az-a Təhsil İnstitutundan məlumat verilib.
Sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər cəlb olunublar.
Test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu 26 iyul saat 12:00-da başa çatdıqdan sonra daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və test tapşırıqları ətraflı təhlil edilib. Ekspertlər test tapşırıqlarının tərtibatında müvafiq çərçivə sənədləri və tədris vəsaitləri ilə hər hansı bir uyğunsuzluq olmadığını müəyyənləşdiriblər. Eyni zamanda, bəzi suallarda texniki problemlərin olduğunu qeyd ediblər.
Belə ki, 24 iyun tarixində keçirilmiş imtahanda tarix fənni üzrə Azərbaycan və rus bölmələrində 2, 24 iyun tarixində keçirilmiş imtahanda riyaziyyat fənni üzrə Azərbaycan və rus bölmələrində 1, 25 iyun tarixində keçirilmiş imtahanda texnologiya fənni üzrə Azərbaycan bölməsində 1 və fiziki tərbiyə fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən texniki xarakterli uyğunsuzluq müəyyən olunub.
Texniki səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə müvafiq bal düzəlişləri sualların təqdim olunduğu müəllimlərin xeyrinə hesablanıb.
Yenilənmiş nəticələr artıq müəllimlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib. Müəllimlər platformanın “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq apellyasiya nəticələri ilə tanış ola bilərlər.
Digər Xəbərlər
26 Oktyabr 2026 18:10
Məktəblərdə bir təhsilalana düşən illik təhsil xərcləri təsdiqləndi
26 Oktyabr 2026 16:33
Azərbaycan Universiteti “Geopoetika” kitabının təqdimatını keçirib
26 Oktyabr 2026 11:19
"İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir" - Elm və Təhsil Nazirliyi
25 Oktyabr 2026 17:43
Peşəkar mühasib sertifikatı üzrə II mərhələ imtahanı keçirilib
23 Oktyabr 2026 17:45
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi
23 Oktyabr 2026 16:12
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
23 Oktyabr 2026 13:14
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya sahəsində təhsil almaq istəyən gəncləri konfransa dəvət edir
22 Oktyabr 2026 16:07


Bakı -°C

