adalet.az header logo
  • Bakı -°C
14 Sentyabr 2026 14:37
40
MƏDƏNİYYƏT
A- A+

50 yaşını Ağdamda qeyd etdi - VİDEO

Bu gün Əməkdar artist Təyyar Bayramovun 50 yaşı olur.

Adalet.az xəbər verir ki, xanəndə doğum gününü anadan olduğu Ağdam rayonunda qeyd edib.

Belə ki, sənətçi oğlu Kənan Bayramov ilə birlikdə “Xəzər TV”də yayımlanan “Evdəkilərə salam” proqramı ilə ata yurduna yollanıb. Çəkiliş zamanı oğlu onun üçün mahnı oxuyub.

T. Bayramov oğlunun sənətə qayıdacağını açıqlayıb. Onun sözlərinə görə, özünün də, oğlunun da xanəndə olmasını anası istəyib. İllər əvvəl idmanla məşğul olan və hüquqşünaslıq oxuyan Təyyar Bayramovu Xalq artisti Mənsum İbrahimovun yanına aparan da elə anası olub: “Heç mənim xəbərim olmayıb. Anam efirdə görüb ki, Mənsum müəllim çağırış edir ki, istedadlı uşaqları gətirin. Bundan sonra anam gedib danışıb. Anamın sözü yerə düşməsin deyə Mənsum müəllimin yanına getdim. Çünki anam ona söz vermişdi ki, oğlumu göndərəcəyəm.

Kənanın oxumasını anam istəyib. Mənsum İbrahimovun məsləhəti ilə evimizin yanında musiqi məktəbinə qoydum. Anam dedi ki, uşağı aparıram müsabiqəyə. Yarışda birinci yeri qazandı. Mənim də başım qarışmışdı səfərlərə, tədbirlərə. Bu da bir az utancaq idi, mənim yanımda oxumurdu. İndi də yenidən başlayacaq, hazırlıqlar gedir”.