Məktəbin yanında söyüş söyən 7 nəfər həbs edildi
Azərbaycanda bir sıra bölgələrdə ictimai asayişi pozanlar həbs olunub.
Adalet.az lent.az-a istinadla xəbər verir ki, hadisələr Abşeron rayonu Masazır, Babək rayonu Nehrəm qəsəbələri, Sumqayıt və Mingəçevir şəhərləri, həmçinin Hacıqabul, eləcə də Masallı rayonlarında qeydə alınıb.
Hacıqabulda 2 nəfər olmaqla ümumilikdə 7 nəfər məktəblərin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək, ictiami asayişi pozublar. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirərək, hərəkətlərini dayandırmalarını desələr də, həmin şəxslər qanuni tələbə məhəl qoymayaraq, əməllərinə davam ediblər.
Nəticədə polis əməkdaşları tərəfindən saxlanılıblar. Onların hər biri barəsində müvafiq maddələrlə protokollar tərtib olunub.
Ərazi üzrə məhkəmələrin qərarı ilə həmin şəxslərdən üçü 25, ikisi 10, biri 15 gün və digəri isə 1 ay müddətinə inzibati qaydada həbs olunublar.
Qeyd edək ki, bundan əvvəl də ictimai asayişi pozan bir neçə nəfərin həbs olunması barədə xəbər vermişdik.
Digər Xəbərlər
17 Oktyabr 2026 18:42
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
17 Oktyabr 2026 11:41
Polis cinayət törətməkdə şübhəli bilinən 35 nəfəri saxladı
16 Oktyabr 2026 16:12
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı
16 Oktyabr 2026 10:37
Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı
16 Oktyabr 2026 09:29
Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi
15 Oktyabr 2026 13:30
"TikTok"da canlı yayımda söyüş söyənlər saxlanıldılar
15 Oktyabr 2026 10:35
Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı
14 Oktyabr 2026 07:17


Bakı -°C

