adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Aprel 2024 13:27
484
GÜNDƏM

8 il əvvəl səfirin ermənilərə "soyqırımçısıniz" cavabı: Tokayevin İrəvandakı addımı

Deməli, 2016-cı il idi. Azərbaycan 4 günlük müharibədən yenicə çıxmışdı. İtkilərimiz çox idi, yaralarımız ağır idi... Dünya Ermənistanı dəstəkləyirdi, dünya işğalçının arxasındaydı. 2-3 ölkədən başqa Azərbaycan “sən haqlısan, sən öz torpaqların uğrunda döyüşürsən deyən yox idi”. Deyənlər isə çox asta səslə deyirdilər. Bizdən başqa səslərini eşidən olmazdı. Nəisə...

Keçək əsas məsələyə..
Həmin vaxt- yəni 2016-cı ilin iyun ayı idi. Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev Yerevanda təşkil etdiyi mətbuat konfransında erməniləri şoka saldı. Erməni jurnalistin“Qazaxıstan niyə “erməni soyqırımı”nı tanımır” sualına Urazayevin erməni soyqırımı” ilə bağlı “problem hələ təsdiq olunmayıb” açıqlaması Ermənistanda “soyuq duş” effekti yaratdı.
Hətta səfir çəkinmədən, mətnaltı olaraq ermənilərin özünü soyqırım törətməkdə ittiham etdi: “1915-ci il hadisələrində vəfat etmiş insanlar üçün təəssüf edirik. Bunun sizin üçün nə qədər həssas mövzu olduğunu bilirik. “Erməni soyqırımı"nın olduğunu və bunun Qazaxıstan tərəfindən tanınması hələki doğru deyil. Çünki hər şeydən əvvəl problem doğru həll edilməli və bura nə qədər insanın təqsirləndiyini tapmaq lazımdır.

1920-1930-cı illərdə ölkəmizdə soyqırım törədildi. Hazırda bu məsələ ətrafında müzakirələr davam edir. Ancaq bunu hökumətimiz sizin hökumətlə birlikdə aparmır. Biz bu məsələlərin dərininə getmirik. Bəs buna görə kim günahkardır?
Çünki soyqırım və qınamaq məsələlərində hər zaman bunun nədən ibarət olduğu və kim tərəfindən edildiyi sualı ortaya çıxır”.
Səfir bu sözlərlə həmin vaxt Qazaxıstana rəhbərlik etmiş erməni Levon Mirzoyana eyham vuraraq dolayısı ilə erməniləri soyqırımda ittiham edib.
Qeyd edək ki, 1920-1930-cu illərdə Qazaxıstana erməni Levon Mirzoyan rəhbərlik edib. Həmin illər ərzində aclıq səbəbi ilə əhalinin 40 faizi ölüb, heyvanların 90 faizi tələf olub.
O zaman Qazaxıstana rəhbərlik edən bu şəxsin əmri ilə əhalinin taxıl və mal-qaraları əllərindən alınaraq mərkəzə göndərilirdi. Məhz bu səbəbdən 2 milyon 230 min qazax acından ölmüşdü. Daha dəqiq, “Kontinent-A” Regional Problemlərin Öyrənilməsi Mərkəzinin  tədqiqatlarında deyilir ki, 1930-cu illərdə 5 milyon qazax məhv edilib və ya aclıqdan ölüb ki, bu da o zaman bu ölkədə yaşayan qazaxların yarısından çoxunu təşkil edir. L.Mirzoyan tanınmış qazax ədibləri Saken Seyfullin, Maqjan Jumabaev, Axmet Bayturısnov və digər bu kimi minlərlə insanı məhv edib. 1936-1938-ci illərdə 110 min qazax sürgün edilib, 25 min insan isə güllələnib

O vaxt bu məlumatı oxuyarkən qazax xalqına qəlbimdə təşəkkür də etmişdim.Bu gün isə qarşıma çıxan bir məlumat bu qardaş xalqa sevgimi daha da körüklədi.
Ermənistan mətbuatı məlumat yayıb ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfəri zamanı qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını ziyarət etməyib. Ermənistan XİN-i Tokayevin bu abidəni ziyarət etməməsini belə şərh edib.
“Bu, protokolun istəyə bağlı hissəsidir”
Mediada qeyd olunur ki, əvvəllər “xatirə”ni ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi.


Bax belə ermənilərin türkxalqalarına qarşı atdığı iftira və böhtanlara birlik olub bir yerdə cavab vermək məcburiyyətindəyik! Bu məcburiyyəti isə islamofobiya, türkofobiya yetişdirib!


Əntiqə Rəşid