80 yaşlı nənə sevgilisinə görə evdən qaçdı
Türkiyənin Konya vilayətinin Seydişehir rayonunda 80 yaşlı Gülsüm A. ilə bağlı maraqlı hadisə baş verib.
Adalet.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, təqaüdünü almaq üçün getdiyi bankın qarşısında Kazım Y. ilə tanış olan qadının onunla dostluğu zaman keçdikcə sevgiyə çevrilib.
Gülsüm A. bir gün xəstəxanaya gedəcəyini deyərək evdən çıxıb. Lakin axşama qədər geri qayıtmayınca ailəsi onun üçün narahat olaraq axtarışlara başlayıb. Qadının xəstəxanaya getmədiyi müəyyənləşdikdən sonra məsələ ilə bağlı jandarmaya məlumat verilib.
Bir neçə gün davam edən axtarışların ardından Gülsüm A.-nın Kazım Y. ilə birlikdə olduğu üzə çıxıb. Jandarma əməkdaşlarının apardığı araşdırma zamanı qadının öz istəyi ilə Kazım Y.-nin yanında olduğu və onunla evlənmək niyyətində olduğu məlum olub.
Gülsüm A.-nın ailəsi əvvəlcə baş verənlərdən şoka düşsə də, onun sağ-salamat tapılmasını təsəlli kimi qiymətləndirib.
Hadisə ilə bağlı daha bir diqqətçəkən məqam isə qadının oğlu Əhməd A.-nın baş verənləri eşitdikdən sonra infarkt keçirməsi olub.
Ailə bütün yaşananlardan sonra Gülsüm A. və Kazım Y.-nin rəsmi nikaha daxil olaraq birlikdə xoşbəxt həyat sürmələrini arzuladıqlarını bildirib.
Digər Xəbərlər
22 Oktyabr 2026 17:11
Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
22 Oktyabr 2026 17:09
Çinli alimlər minlərlə neyronu izləyə bilən cihaz yaratdılar
22 Oktyabr 2026 16:03
Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
22 Oktyabr 2026 15:56
Makron bütün etiraz aksiyalarını qadağan etdi
22 Oktyabr 2026 14:41
Türkiyə-Ermənistan sərhədi açılır?
22 Oktyabr 2026 14:30
Netanyahu: Trampın İsrailin İrana hücumunu bloklaması ilə bağlı xəbər yanlışdır
22 Oktyabr 2026 13:36
Ermənistan Konstitusiyasının layihəsi yaxın vaxtlarda dərc olunacaq
22 Oktyabr 2026 13:04


Bakı -°C

