Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir – Politoloq
“Rusiya Prezidenti Vladimir Putinin Çin Xalq Respublikasının yaranmasının 77-ci ildönümü münasibətilə bu ölkənin lideri Si Cinpinə göndərdiyi təbrik məktubunda iki ölkə arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyi vurğulanıb. Təbrik məktubunda Putin Rusiya və Çinin bir sıra sahələrdə irimiqyaslı birgə layihələr həyata keçirdiyini, beynəlxalq məsələlərdə səylərini əlaqələndirdiyini bildirib. Rusiya Prezidenti məktubunda hər iki ölkənin çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində əməkdaşlıq etdiyini yazıb. Putin çinli həmkarı Si Cinpinin rəhbərliyi altında Çinin sosial-iqtisadi və elmi-texniki sahələrdə mühüm nailiyyətlər əldə etdiyini, regional və qlobal gündəmin aktual məsələlərinin həllində konstruktiv rol oynadığını bildirib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Putinin Si Cinpinin ünvanına tərif dolu sözləri Rusiyanın Çindən artan asılılığına sübutdur:
“Kreml sahibi oktyabrın 1-də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında təxminən 4 saatlıq çıxışında müxtəlif mövzularla yanaşı Rusiya-Çin əməkdaşlığı mövzusuna yenidən qayıdıb. Onun çıxışının bu hissəsindən aydın olub ki, Rusiyanın Çindən asılılığı artıb. Misal üçün Putin deyib ki, Çinin Sibirin zənginliklərinin istismarında rolu artıb, yeni layihələrin icrası gündəmdədir. Rusiya Prezidenti Sibirdə neft və kimya sənayesinin inkişafı məqsədilə çinli tərəfdaşlarla sıx əməkdaşlıq içində olduqlarını xatırladıb. Bu misallar onun sübutudur ki, Çin Rusiyanın Ukrayna müharibəsi səbəbindən qonşu ölkənin iqtisadiyyatının üzləşdiyi problemlərdən istifadə edir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparmasaydı, Rusiyanın Çindən bu qədər yatırıma ehtiyacı olmazdı”.
Politoloq deyib ki, Rusiya-Çin artan əməkdaşlığı Qərbin diqqətindədir:
“Təsadüfi deyil ki, NATO baş katibi Mark Rutte son açıqlamalarının birində Rusiya və Çinin müdafiə sənayesində əlaqələrinin sürətlə möhkəmləndiyini bildirib.Rusiya Prezidenti Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. İki ölkənin lideri bu sammitdə iqtisadi əlaqələrin inkişafı mövzusunun müzakirəsini davam etdirəcəklər. Putinin bu sammitlə bağlı başqa bir gözləntisi də var. Rusiya Prezidenti həmin sammitdə Çin lideri ilə birgə ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün keçiriləcəyinə ümidlidir. Tramp sammitdə iştirak edəcəyini açıqlasa da, üçtərəfli görüşə hələ razılıq verməyib. Putin Çində Trampla həm də ona görə görüşməyə çalışır ki, Kreml sahibi böyük ehtimalla ABŞ-da keçiriləcək “böyük səkkizlərin” zirvə toplantısına qatılmayacaq. Putin sammitə dəvətli olsa da, Rusiya Prezidenti zirvə görüşündə avropalı həmkarlarıyla üz-üzə gəlmək istəmir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
19 Noyabr 2026 21:45
Tiflisdə baş verən faciə ilə bağlı XİN-dən bəyanat...
19 Noyabr 2026 21:00
Prezidentin Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşıldı
19 Noyabr 2026 20:40
Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib - FOTOLAR
19 Noyabr 2026 20:02
Prezidentlə xanımı Vyetnamda belə qarşılandılar - VİDEO
19 Noyabr 2026 18:35
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü
19 Noyabr 2026 17:11
İlham Əliyev xanımı ilə Vyetnama səfər etdi - FOTOLAR
19 Noyabr 2026 13:48
"Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır" - Prezident
19 Noyabr 2026 13:46


Bakı -°C

