Prezidentin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Vyetnam mediası Prezident İlham Əliyevin Hanoya noyabrın 19-da başlayan səfərinə böyük diqqət ayırıb.
Adalet.az xəbər verir ki, nüfuzlu qəzetlər, xəbər portalları, onlayn nəşrlər iki ölkə arasında dövlət başçıları diplomatiyasının əlaqələrin inkişafı üçün oynadığı böyük rola, Azərbaycan-Vyetnam strateji tərəfdaşlıq münasibətlərinə dair çoxsaylı məqalələr, xəbərlər yayıb.
"Vietnam+" nəşrinin "Vyetnam-Azərbaycan strateji tərəfdaşlığını dərinləşdirmək və onun səmərəliliyini artırmaq" başlıqlı məqaləsində Prezident İlham Əliyevin Vyetnama səfərinin iki ölkə arasında enerji, ticarət və bir çox digər sahələrdə əməkdaşlığı təşviq etməklə, strateji tərəfdaşlığı konkretləşdirmək üçün imkanlar açdığı vurğulanıb. Məqalədə iki xalq arasında dostluğun tarixindən söz açılaraq, Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin isə 1983-cü ildə Vyetnama səfərlərinin bu dostluğun təməlini qoyduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan öz inkişaf yolu boyunca Vyetnama hər zaman səmimi dəstək və rəğbət göstərib, Vyetnam isə Azərbaycanla dostluq münasibətlərinə və əməkdaşlığa daim yüksək dəyər verib. Məqalədə ötən müddətdə ali və yüksək səviyyədə həyata keçirilmiş səfərlərin münasibətlərin inkişafına verdiyi töhfələr vurğulanıb.
"BACNINHTV"nin saytındakı "Vyetnam və Azərbaycan arasında dostluq ənənələrinin qorunması və təşviqi" adlı yazıda iki ölkə arasında 30 ildən çox tarixi olan əməkdaşlığın getdikcə güclənən siyasi etimadla sıx bağlı olduğu vurğulanıb. Onilliklər boyu davam edən tərəfdaşlıq dövründə iki ölkə siyasi etimada, bərabərliyə və qarşılıqlı hörmətə əsaslanan ənənəvi dostluq və çoxşaxəli əməkdaşlıq qurub.
"Nhândân" (Xalq) qəzetinin saytındakı oxşar məqalədə iki ölkənin ənənəvi dostluq və geniş əməkdaşlıq potensialına əsaslanaraq, ötən il münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb. Bu, əməkdaşlıq prosesində tarixi bir mərhələ olub, hər iki ölkə liderlərinin əlaqələrin perspektivinə dair siyasi iradəsini və ortaq baxışını nümayiş etdirir. Qeyd olunub ki, yeni çərçivə Vyetnam ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, investisiya, enerji, nəqliyyat və logistika sahələrindəki ikitərəfli münasibətlərin səmərəliliyini daha da artırıb.
"Vietnam.vn" saytındakı "Vyetnam-Azərbaycan: parlaq gələcək üçün dostluğun möhkəmləndirilməsi" adlı məqalədə Xəzər dənizi sahilindəki neft quyularından müasir külək və günəş elektrik stansiyalarına qədər, Prezident Ho Şi Minin tarixi səfərindən Qafqaz bölgəsində Vyetnam şirkətləri tərəfindən araşdırılan investisiya layihələrinə qədər Vyetnam-Azərbaycan münasibətləri uzun bir yol qət etdiyi bildirilib. Qeyd olunub ki, 60 ildən çoxdur möhkəmlənən dostluq əməkdaşlığın yeni, daha mənalı və perspektivli bir mərhələsinin yolunu açır. Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri hər iki ölkəyə keçmişi qiymətləndirmək və əməkdaşlıq üçün yeni üfüqləri araşdırmaq imkanı verəcək.
Digər Xəbərlər
19 Noyabr 2026 13:00
AZAL Naxçıvan əhalisinə niyə zülm edir? - Elxan Şükürlü yazır
19 Noyabr 2026 11:56
Hikmət Hacıyev: Ermənistanın 200-dən çox kütləvi məzarlığın yerini açıqlamasını gözləyirik
19 Noyabr 2026 11:35
“Dünya misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır” - DTX-nin rəis müavini
19 Noyabr 2026 11:27
"Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişib" - Dövlət Xidmətinin rəisi
19 Noyabr 2026 11:03
İlqar Musayev: Süni intellekt informasiya müharibələrinin xarakterini dəyişir
19 Noyabr 2026 10:59
“Zəfərdən sonra Ağdamın iqtisadiyyatı 8 dəfə böyüyüb”
19 Noyabr 2026 10:07
Məleykə Abbaszadə BDU-nun rektoru təyin edildi
19 Noyabr 2026 10:06


Bakı -°C

