“O, Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır...”
“Rusiya Prezidenti Vladimir Putinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışının ekspertlər arasında müzakirəsi davam edir. Bu çıxışdan ilk nəticə odur ki, Putin Ukraynaya qarşı müharibəni davam etdirəcək. Buna baxmayaraq, Rusiya Prezidenti bu müharibənin ölkəsi üçün mənfi nəticələri olduğunu da etiraf edib. Ancaq onun sözlərinə görə, guya Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamaqdan başqa alternativi olmayıb”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun sözlərinə görə, Vladimir Putin çıxışı zamanı Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinə əhəmiyyət verdiyini bildirib:
“Marşrutun bir hissəsinin Azərbaycan ərazisindən keçdiyini xatırladan Kreml sahibi ölkəmizlə bağlı heç bir bir problemin olmadığını, Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı əlaqə saxladığını vurğulayıb. Putin layihənin ləngiməsinin İranla bağlı olduğunu işarə edib: “Şimal-Cənub nəqliyyat dəhlizinnin reallaşması təkcə bizdən asılı deyil. Biz kredit resurslarını təmin etməyə hazırıq. Ancaq hazırda iranlı dostlarımız işin özlərinə düşən hissəsini tamamlamalıdırlar”. Yəni Putin demək istəyib ki, Tehran üzərinə düşəni etməyib. İlham Əliyev də daha əvvəl bildirmişdi ki, “Şimal–Cənub” dəhlizində çatışmayan əsas dəmir yolu hissəsi İran ərazisindədir. Ümumilikdə təxminən 7,2 min kilometrlik “Şimal–Cənub” marşrutu Rusiya, Azərbaycan və İran üzərindən Hindistan istiqamətinə yükdaşımaları sürətləndirmək və Süveyş kanalı üzərindən keçən ənənəvi dəniz marşrutuna alternativ yaratmaq məqsədi daşıyır”.
E.Şahinoğlu bildirib ki, Avropanın sanksiyaları ilə üzləşən Rusiyanın “Şimal-Cənub” dəhlizinə ehtiyacı var:
“Rusiya Hind okeanına alternativ yolları araşdırır. Rusiya bu dəhliz üzərindən müxtəlif ölkələrə, o cümlədən Hindistana çıxış imkanı qazanmaq istəyir. Ancaq nə qədər ki, ABŞ-İran gərginliyi davam edir və müharibənin yenidən başlaması ehtimalı yüəksədir, dəhlizin işə düşməsi problematikdir. Hindistan da dəhlizin reallaşmasını istəyir. Ancaq bunun üçün Yeni Dehli İran ətrafında gərginliyin ortadan qaldırılmasını, eyni zamanda Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında maraqlıdır. Bunun məhz belə olduğunu Vladimir Putin də son çıxışında bildirib. Putinin sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onunla görüşündə Ukrayna mövzusunu daima gündəmə gətirir. Modi Putinlə son görüşündə açıq bildirib ki, müharibəni dayandırmaq lazımdır, qarşıdurmanın davamının heç bir ölkəyə faydası yoxdur. Vladimir Putin Modi ilə son görüşündə Hindistanın baş nazirinin müharibəylə bağlı söylədiklərindən narazı qaldığını biruzə verməməyə çalışsa da, “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışında hindli həmkarının münaqişə tərəfləri üçün məqbul həll yolları axtarmaq səylərini yüksək qiymətləndirib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
05 Oktyabr 2026 10:42
Jalə Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib
05 Oktyabr 2026 10:23
İran Azərbaycana qarşı davranışının cavabını almalıdır – Politoloq
05 Oktyabr 2026 09:00
ƏDALƏTİN BƏRPASI: AZƏRBAYCANIN SUVERENLİYƏ APARAN YOLU
04 Oktyabr 2026 23:51
Prezident həftəsi - VİDEO
04 Oktyabr 2026 18:10
"Hər kəs ağlını başına yığıb yerində otursun, Azərbaycan suveren dövlətdir" - Hulusi Kılıç
04 Oktyabr 2026 17:17
“Cəbrayılın azad edilməsindən sonra strateji əhəmiyyət daşıyan imkanlar yarandı”
04 Oktyabr 2026 11:33
Emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - VİDEO
04 Oktyabr 2026 09:18


Bakı -°C

