“Ermənistan bizim əsgəri qaytarmazsa və dəyişdirilməsində israr edərsə...”
“Nikol Paşinyan Ermənistana keçən Azərbaycan hərbi qulluqçusunu qaytarmalıdır. Onun cinayət törədən separatçı rejim rəhbərləri ilə dəyişdirilməsi ümumiyyətlə mümkün olan variant deyil. Amma daha əvvəllər də biz bənzər hadisələrin şahidi olmuşuq. Bunun üçün dövlətimiz doğru olan ən düzgün qərarı verəcək. İlk növbədə Emənistanda saxlanılan əsgər ilə dəyişdirilmək üçün müvafiq razılaşmalar olmalıdır”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, biz heç bir zaman separatçı rejim rəhbərliyini əsgər ilə dəyişə bilmərik:
“Ümumiyyətlə, onların dəyişdirilməsi müzakirə mövzusu olmayıb və bundan sonra da yəqin ki, olmayacaq. Amma əsgərin əsgər ilə dəyişdirilməsi mümkün ola bilər. Amma bu heç bir halda insanlığa qarşı cinayətlər törədən erməni sepratçılarına şamil edilə bilməz. Ermənistan tərəfi bizim əsgəri qaytarmazsa və onun dəyişdirilməsində israr edərsə, bu, gələcəkdə Ermənistanın özünə böyük problemlər yarada bilər. Bunu da Paşinyan artıq anlayır və etiraf da edir. Düzdü, bu birbaşa etiraf olmasa da gələcəkdə erməni əsgəri Azərbaycan tərəfinə əsir düşərsə, onun əvəzində kimi qaytaracağıq sualına nə Paşinyan, nə də onun komandası cavab tapa bilmir. Odur ki, ən yaxşı variant qısa müddətdə araşdırmanı Ermənistan tərəfi başa çatdırmalı və sənədlərlə birlikdə həmin əsgəri Azərbaycana təhvil verməlidir. Azərbaycan mövcud qanunvericiliyi çərçivəsində zəruri olan bütün tədbirləri özü görə bilər”.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə sərhədi keçərək Şəki (Zəngəzur) kəndi istiqamətində əraziyə daxil olan hərbçimiz barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə jurnalistlərin suallarını cavablandırarkən əsir düşmüş Azərbaycan hərbçisini Bakıda saxlanılan erməni seprataçılarından biri ilə dəyişdirməyi təklif etdiklərini deyib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
08 Oktyabr 2026 13:31
"Azərbaycanın yaşadığı humanitar problemlərə laqeyd qala bilmərik" - TBMM üzvü
08 Oktyabr 2026 12:34
Dövlət başçıları AQEM-in Bakı Sammitinə görülən işləri yüksək qiymətləndirib - BİRGƏ BƏYANAT
08 Oktyabr 2026 12:33
Prezident MDB dövlətlərinin başçılarının görüşündə - YENİLƏNİB + FOTOLAR
08 Oktyabr 2026 12:12
MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır
08 Oktyabr 2026 12:10
“Məqsəd böyük güc sahibi müsəlman ölkələrinin başını bir-birinə qatıb...”
08 Oktyabr 2026 12:02
MDB liderləri sənədləri imzaladılar
08 Oktyabr 2026 11:38
"Azərbaycanın iştirakı ilə keçirilən Məşvərət görüşü tarixi əhəmiyyət kəsb edir" - Mirziyoyev
08 Oktyabr 2026 11:09


Bakı -°C

