adalet.az header logo
  • Bakı -°C
12 Oktyabr 2026 20:03
65
AVTOMABİL
A- A+

Qəza vəziyyəti...

Avtomobil yollarında , eləcə də Bakının küçə və prospektlərdə nəqliyyat vasitələri texniki nasazlıq üzündən yarıyolda qalır. Təbii ki, belə anlarda avtomobil sürücüləri qəza  işıqların yandırmalı, yük yerini açaraq qəza nişanını   göstərməli və eləcə də digər  təhlükəsizlik tədbirlərini həyata keçirməlidir.

Bu qanunlara əməl edənlər də var , əməl etməyənlər də! Ona görə də bir çox halda yolda xarab  olan və maşınlarla təhlükəsizlik tədbirləri görülmədiyi üçün arxadan gələn nəqliyyat vasitəsi onunla toqquşur .Belə hadisələr Bakıda  tez- tez baş verir. Bu günlər Mətbuat prospektində , konkret olaraq " Azərbaycan nəşriyyatı" nın yaxınlığında, Bakbusa məxsus avtobus xarab olub yarıyolda qalmışdı.

Çox  təəssüf ki, sürücü qəza işıqların yandırmamıs, eləcə də digər təhlükəsizlik tədbirləri görülməmişdi. Ona kömyə gəlmiş qəza xidməti maşının sürücüsü də  qəza işıqların yandırmamış  və təmirçilər çətin vəziyyətdə avtobusu təmir edirdilər. Bax , belə anlar çox qorxuludur. Ona görə də qəza   baş verəndə , eləcə də xarab olub yarıyolda qalan maşınlarda təmir işləri aparılarkən  bütün təhlükəsizlik tədbirlərinə əməl edilməlidir! Ki,  yolda yenidən qəza baş verməsin!!!

Emil FAİQOĞLU