adalet.az header logo
  • Bakı -°C
15 Oktyabr 2026 10:00
77
SİYASƏT
A- A+

“Meloninin bu cümləsi Tramp üçün, sanki ölüm hökmüdür”

“Bu gün (14 oktyabr) İtaliya Senatındakı çıxışında Baş nazir Corciya Meloni Rusiya ilə dizel yanacağı sövdələşməsinə görə D.Trampı sərt tənqid edib. Deyib ki, Rusiyanın atdığı bombalar Ukrayna şəhərlərini xarabalığa çevirdiyi bir vaxtda Tramp dizel sövdələşməsi ilə Moskvaya əlavə maliyyə imkanları yaradır”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Qulu Məhərrəmli deyib. 

“Sanksiya təzyiqinin zəiflədilməsi yalnız Kremlin xeyrinədir və təcavüzkara qan tökülməsini davam etdirmək üçün əlavə resurslar verir.Trampın dizel sövdələşməsini “riskli qərar” adlandıran Baş naziri aydın şəkildə bəyan edib: Roma Ukrayna məsələsində geri çəkilmək niyyətində deyil. Kiyevə dəstək, Moskvaya təzyiq və Qərb müttəfiqlərinin birliyi İtaliyanın əsas mövqeyi olaraq qalır. Meloninin bu cümləsi D.Tramp üçün, sanki ölüm hökmüdür: Sülh ukraynalıları öldürməyə davam edən təcavüzkarla sövdələşmə üzərində qurulmur!!”, - deyə o, bildirib.

Vasif