adalet.az header logo
  • Bakı -°C
20 Oktyabr 2026 19:09
72
AVTOMABİL
A- A+

Yeni avtobuslar gətirilmədi...

Bu gün Bakıda demək olar ki, əksər marşrutlarda yeni, müasir avtobuslar xəttə buraxılıb! Təbii ki, belə avtobuslarda sərnişinlərə daha yaxşı xidmət etmək olar və onlar mənzil başına rahat və təhlükəsiz çatırlar.

Köhnə avtobusların fəaliyyəti göstərdiyi marşrutlardan biri də metronun " Neftçilər" stansiyasından Yeni Günəşliyə hərəkət edən 50 nömrəli avtobuslardır . Demək olar ki, həmin marşrutda işləyən bütün avtobuslar fiziki və mənəvi cəhətdən köhnəlib. Başqa sözlə demiş olsaq istismar müddətini başa çatdırıb!

Xeyli vaxtdır ki, deyirdilər bu marşrutda işləyən köhnə avtobuslar daha müasir və yeni avtobuslarla əvəzlənəcək. Amma bu marşruta yeni avtobuslar buraxılmadı. Yəni köhnə hamam, köhnə tasdır və heç nə dəyişməyib. Lakin sərnişinlər yenə ümidlərin üzməyiblər. Çünki ilin axırna iki aydan bir artıq vaxt qalıb. Bəlkə Yeni ilə qədər bu marşruta yeni avtobuslar buraxıldı! Buraxılsa nə gözəl! Kor nə istər; iki göz, bir əyri , bir düz!!!

Emil FAİQOĞLU