“İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilərmi?”
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinə qarşı sərt beynəlxalq iqtisadi sanksiyaların tətbiqi ehtimalından narahatlığını bildirib. O, xüsusilə bank sektoruna qarşı mümkün məhdudiyyətlərə hazırlaşmağın və alternativ maliyyə mexanizmləri yaratmağın vacibliyini vurğulayıb”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
İqtisadçının sözlərinə görə, həmçinin deyib ki, ABŞ-nin hərbi yardmının gələcəkdə dayandırıla biləcəyini bildirərək İsrail iqtisadiyyatının bu risklərə əvvəlcədən hazırlanması vacibdir:
“Doğurdanmı, İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilər?İsrailə iqtisadi sanksiyaların tətbiqi həm hüquqi, həm də siyasi baxımdan mümkündür. Lakin İsrailin ABŞ ilə strateji müttəfiqliyi, beynəlxalq siyasi və iqtisadi təsir imkanları, eləcə də Qərb ölkələri ilə sıx əlaqələri genişmiqyaslı və əlaqələndirilmiş sanksiyaların tətbiqini çətinləşdirir. Amma Avropa ölkələrində İsrailə münasibətdə siyasi mövqelərin dəyişməsi və beynəlxalq təzyiqlərin artması ayrı-ayrı dövlətlər və iqtisadi birliklər səviyyəsində məhdudiyyətlərin tətbiqi ehtimalının heç də sıfır olmadığını göstərir.Yaxşı, tutaqkı, bu real oldu, o zaman bu ölkəyə qarşı hansı iqtisadi sanksiyalar tətbiq oluna bilər? Nəzəri olaraq, bu sanksiyaları əsasən 5 istiqamətdə mümkündür.Birincisi, bank və maliyyə sektoruna məhdudiyyətlərdir”.
O, bildirib ki, İsrail banklarının beynəlxalq hesablaşmalarının məhdudlaşdırılması, xarici aktivlərinin dondurulması və valyuta əməliyyatlarına qadağalar kapital axınını zəiflədə, milli valyutaya təzyiq yarada bilər:
“İkincisi, xarici ticarətə sanksiyalardır. Əlavə gömrük rüsumları, idxal və ixrac məhdudiyyətləri, ticarət güzəştlərinin ləğvi İsrailin ixrac gəlirlərini azalda və istehsal xərclərini artıra bilər.Üçüncüsü, sanksiya istiqaməti investisiya və texnologiya sektoru ola bilər. Xarici investisiyaların, texnologiya transferinin və beynəlxalq innovasiya əməkdaşlığının məhdudlaşdırılması iqtisadi artımı zəiflədə bilər.Dördüncüsü, hərbi və maliyyə dəstəyinin məhdudlaşdırılması. ABŞ-nin hərbi yardımının azaldılması, silah və hərbi texnologiya satışına qadağalar İsrailin dövlət büdcəsinə əlavə yük yarada bilər. Beşincisi, şirkətlərə və fiziki şəxslərə ünvanlı sanksiyalardır. Aktivlərin dondurulması və beynəlxalq maliyyə əməliyyatlarının məhdudlaşdırılması həmin subyektlərin iqtisadi fəaliyyətini çətinləşdirə bilər. Mümkün sanksiyaların iqtisadi təsirini İsrail iqtisadiyyatına real təsirini təhlil etmək üçün bir sıra göstəricilərə diqqət yetirmək lazımdır. Bunlardan birincisi, xarici ticarətdir. 2025-ci ildə İsrailin xarici əmtəə ticarətinin 31,7 %-i, ixracının isə 29,4 %-i Avropa İttifaqının payına düşüb. Tərəflər arasında ticarət dövriyyəsi 43,3 mlrd avro təşkil edib. Bu göstəricilər Avropa bazarının İsrail iqtisadiyyatı üçün strateji əhəmiyyətini göstərir.İkincisi, yüksək texnologiyalar sektorudur. 2025-ci ildə bu sektorun ixracı 85 mlrd. dollara çataraq ümumi ixracın 58%-nitəşkil edib. Həmin il sektora təxminən 15 mlrd. dollar investisiya yatırılıb. Bu rəqəmlər İsrailin iqtisadi artımında beynəlxalq kapitalın və texnologiya bazarlarının mühüm rolunu göstərir. Üçüncüsü, dövlət maliyyəsi. ABŞ-ın 2019-2028-ci illər üzrə İsrailə nəzərdə tutduğu hərbi yardım 38 mlrd. dollar, illik hesabla 3,8 mlrd. dollardır. Beynəlxalq Valyuta Fondunun qiymətləndirməsinə görə, 2026-cı ildə İsrailin dövlət borcunun ÜDM-ə nisbətinin 70,1% -ə çatacağı gözlənilirdi. Bu şəraitdə xarici maliyyə dəstəyinin azalması büdcə üzərində əlavə yük yarada bilər. Dördüncüsü, maliyyə dayanıqlığı. 2025-ci ilin sonunda İsrailin beynəlxalq valyuta ehtiyatları 229,5 mlrd. dollar təşkil edib. Bu, ölkənin mümkün maliyyə təzyiqlərini yumşaltmaq imkanlarını artıran mühüm amildir. Göründüyü kimi İsrail iqtisadiyyatının xarici bazarlar və beynəlxalq kapitalla sıx bağlılığı sanksiyalara həssaslıq yaratsa da, ölkənin maliyyə ehtiyatları müəyyən dayanıqlıq təmin edir. Yekun iqtisadi nəticələr isə sanksiyaların miqyasından, müddətindən və tətbiq edən ölkələrin iqtisadi çəkisindən asılı olacaq. Qeyd olunan sanksiyalar nəzəri baxımdan mümkün olsa da, onların genişmiqyaslı şəkildə tətbiqi ehtimalını yüksək qiymətləndirmirəm. Çünki İsrailin ABŞ ilə strateji müttəfiqliyi, beynəlxalqnsiyasi təsir imkanları, güclü lobbiçilik şəbəkələri və Qərb iqtisadiyyatları ilə sıx əlaqələri belə qərarların qəbulunu ciddi şəkildə çətinləşdirir. Üstəlik, geniş iqtisadi sanksiyalar İsraillə əməkdaşlıq edən ölkələrin də iqtisadi maraqlarına toxuna bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Oktyabr 2026 10:30
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
26 Oktyabr 2026 10:05
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
24 Oktyabr 2026 11:34
“Zəfərdən sonra Qubadlının iqtisadiyyatı 35 dəfə böyüyüb”
24 Oktyabr 2026 11:14


Bakı -°C

