Dünya bazarlarında neft bahalaşdı
Dünya bazarında neft qiymətləri 3%-dən çox artıb.
Adalet.az xəbər verir ki, oktyabrın 23-də "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 3,55 dollar və ya 3,14% artaraq bir barel üçün 116,72 dollara yüksəlib.
ABŞ-ın "WTI" markalı neftinin dekabr fyuçersləri isə 3,80 dollar və ya 3,82% bahalaşaraq 103,27 dollara çatıb.
Neftin bahalaşması Yaxın Şərqdə geosiyasi gərginliyin artması və regiondan enerji tədarükündə mümkün fasilələrlə bağlı narahatlıqlar fonunda baş verib.
Analitiklər qeyd edirlər ki, neftin bahalaşmasının əsas səbəbi Yaxın Şərqdə geosiyasi gərginliyin güclənməsidir. Səudiyyə Ərəbistanının enerji obyektlərinə hücumlar və regionda neft daşımalarının təhlükəsizliyi ilə bağlı narahatlıqlar qlobal bazarda təchizat risklərini artıraraq qiymətlərin yüksəlməsinə təkan verib.
Digər Xəbərlər
23 Oktyabr 2026 20:01
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
23 Oktyabr 2026 19:45
Azərbaycandan Bolqarıstana qaz ixracı 44 faiz azaldı
23 Oktyabr 2026 17:37
Taleh Kazımov onu direktor təyin etdi
23 Oktyabr 2026 11:33
TRIPP-in tikintisi niyə yubanır?
23 Oktyabr 2026 10:00
Gələn il heç bir şəhər və rayona dotasiya ayrılmayacaq
22 Oktyabr 2026 12:11
Azərbaycanda daxili yanma mühərrikli avtomobillər mərhələli istismardan çıxarılacaq
22 Oktyabr 2026 10:32
“Azeri Light”ın qiyməti 120 dollara yaxınlaşdı
22 Oktyabr 2026 10:09


Bakı -°C

