adalet.az header logo
  • Bakı -°C
28 Oktyabr 2026 13:48
81
SİYASƏT
A- A+

“Netanyahunun kürəyini yerə vurmaq hər siyasətçinin işi deyil...”

“İsraildə dünən keçirilən parlament seçkiləri ilə bağlı bu saata olan məlumata görə Netanyahu rəqiblərini üstələyir. Qələbəsi qaçılmazdır”.

Adalet.az xəbər verir ki, bunu sabiq millət vəkili Etibar Əliyev deyib.

“Netanyahunun kürəyini yerə vurmaq hər siyasətçinin işi deyil. Nəhəng şəxsiyyətdir. Səslərin 40 faizinin hesablandığı vaxtda qardaş Türkiyə analitiklərinin bəziləri Netanyahunun məğlubiyyəti barədə danışdılar. Səsvermə gedən ərəfədə yazmışdım ki, bir gilə təbrik məndən olacaq. Böyük liderlərlər anadan “qalib” kimi doğulurlar…İndi deyirsiniz ki, dünyanın bu dolaşıq dönəmində Netanyahu Ayzenkota uduzmalı idi?Mən o məmləkəti və onun alimlərinin Bəşəriyyətə verdiyi töhfələrə heyranam. Və bu xalq çox əzablı yollardan keçib, özünütəşkilatlandırmağı çox yaxşı bacarır”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN