adalet.az header logo
  • Bakı -°C
02 Noyabr 2026 12:17
85
GÜNDƏM
A- A+

Jurnalistə xəsarət yetirən mühafizəçi necə davranmalı idi? – Ekspert açıqladı

Xəbər verdiyimiz kimi, APA TV-nin müxbiri Sənan Bəhrəmli Bakının Nizami rayonunda yerləşən taxta bazarında baş vermiş güclü yanğın hadisəsini işıqlandırarkən özünü mühafizəçi kimi təqdim edən şəxs tərəfindən hücuma məruz qalıb.

Adalet.az xəbər verir ki, təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev hadisəyə münasibət bildirib. 

O, qapıda duran şəxsin jurnalistə xəsarət yetirməsinin yolverilməz olduğunu deyib:

“Jurnalisti döyümək nə deməkdir?! Mühafizəçi peşə fəaliyyətini həyata keçirən jurnalistə qarşı hər hansı bir məhdudlaşdırma, müdaxilə, maneə və fiziki qüvvə tətbiq edə bilməz. Bu qəti yolverilməzdir. Əks halda məsuliyyət yaradır. Bununla yanaşı, heç bir qurumun, müəssisənin, təşkilatın rəhbərliyinin təlimatları, göstərişləri, daxili qaydaları dövlətin qanunlarından üstün ola bilməz”.

Ekspert bu cür hallarda mühafizəçinin davranış qaydalarını belə izah edib:

“Mühafizəçi soyuqqanlı davranmalıdır. Hadisə ilə bağlı jurnalistə müvafiq dövlət qurumlarının ərazidə çalışdığını, təhlükəsizliklə bağlı giriş-çıxışın məhdudlaşdırıldığını bildirməlidir. Hadisə ilə bağlı mövqe öyrənmək üçün jurnalistlərə həmin qurumun əməkdaşlarına müraciət etməli olduqlarını izah etməlidir”. 

Vasif ƏLİHÜSEYN