“Biz hər şeyin əbədi oldğuna inanırıq”
“Dünya mövcud olduğundan bəri çoxlu sayda təhlükələr mövcud olub. Lakin indiki kimi insanlar tam komfortda olmayıblar. Son günlər eşitdiyimiz təhlükə və həyəcanla bağlı xəbərdarlıqlar konkret nəyin baş verəcəyini deməsə də, bizi bir az düşündürməlidir. Əslində rahat həyata o qədər alışmışıq ki, bəzi şeylər olmadan yaşamağı təsəvvür belə etmirik. Hansısa xəbərlər bizi düşündürsə də amma davranışımızı dəyişməyə təsir etmir”.
Adalet.az xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.
“Biz hər şeyin əbədi oldğuna inanırıq. Lakin nə qədər imkanlı olsaq belə, öncə özümüzü çətin şəraitə uyğunlaşdırmaq üçün psixoloji hazırlıqlı olmağımız vacibdir. Məsələn bu gün mən hansı komfort vərdişimi dəyişə bilərəm. Nəyi özüm etməyi bacararam. Çıxılmaz vəziyyətdə, işıqsız, qazsız, susuz bəzən restoransız həyatımı necə tənzimləyə bilərəm. Əlaxüsus da uşalqaları olan şəxslər. Odur ki, komfort cüzi də olsa dəyişsə təlaşa düşməməyi, səbirli və soyuqqanlı davranmaq vərdişlərini gündəlik həyatımıza daxil etməliyik. Bunu kimisə qorxutmağa görə yazmıram. Nədə eşitdiyimiz çağırışlara köklənməyə də çalışmıram. Hamımı instinktiv başa düşürük ki, rəqəmsal dünyaya keçid həm də böyük təhlükə deməkdir. Rahat yaşamaq gözəldir. Amma rahatlıq olmayanda da yaşamağı bacarmaq daha vacibdir. Bunun adı həyatdır”, - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
07 Noyabr 2026 12:55
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
07 Noyabr 2026 11:59
Ramiz Mehdiyev İsa Həbibbəyliyə vəzifə söz verib? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2026 11:40
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
07 Noyabr 2026 11:21
Dövlət başçısı Qarabağ Universitetində təməlqoyma mərasimində - FOTOLAR
07 Noyabr 2026 11:08
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında
07 Noyabr 2026 10:40
"ASAN xidmət" bayram günlərində işləyəcək?
07 Noyabr 2026 10:01
Məcburi köçkün zəbt etdiyi mənzili başqasına satıb? - VİDEO + İDDİA
07 Noyabr 2026 09:10


Bakı -°C

