Ramiz Mehdiyev İsa Həbibbəyliyə vəzifə söz verib? - RƏSMİ AÇIQLAMA
"Sosial mediada AMEA-nın prezidenti İsa Həbibbəylinin adının Ramiz Mehdiyevin vəzifə verəcəyi adamların sırasında çəkilməsi Milli Elmlər Akademiyasının rəhbərliyinə qarşı növbəti təxribatdır. Belə ki, Ramiz Mehdiyev Akademiyanın rəhbəri vəzifəsində çalışdığı müddətdə İsa Həbibbəylinin tutduğu vəzifədən azad edilməsi və səlahiyyətlərinin aşağı salınması üçün Akademiyanın rəhbərliyi tərəfindən bir sıra rəsmi qərarlar qəbul olunub".
Adalet.az xəbər verir ki, bu fikirlər AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, AMEA Rəyasət Heyətinin Ramiz Mehdiyev tərəfindən imzalanmış 8 yanvar 2021-ci il tarixli 1/15 saylı qərarı ilə İsa Həbibbəyli AMEA-nın birinci vitse-prezidenti vəzifəsindən azad edilmiş, vitse-prezident vəzifəsini icra edən təyin olunub.
"Bundan başqa, Ramiz Mehdiyevin sədrlik etdiyi AMEA Rəyasət Heyətinin 26 yanvar 2022-ci il tarixli iclasının qərarı ilə İsa Həbibbəylinin 2013-cü ildən rəhbərlik etdiyi Humanitar və İctimai Elmlər Bölməsi iki yerə bölünmüş, İctimai Elmlər Bölməsi alınaraq onun vəzifə səlahiyyətləri azaldılıb.
Bir neçə gündən sonra 7 fevral 2022-ci il tarixdə İsa Həbibbəyli tutduğu Humanitar Elmlər Bölməsi üzrə vitse-prezident vəzifəsindən azad olunması haqqında AMEA rəhbərinə ərizə ilə müraciət edib.
Real vəziyyət və münasibətlər belə olduğu halda Ramiz Mehdiyevin İsa Həbibbəyliyə vəzifə verəcəyi barəsindəki informasiya indiki mövcud vəziyyətdən istifadə etməklə AMEA rəhbərinə yeni bir qarayaxma oyunu düzəltməyə xidmət edir", - deyə açıqlamada deyilir.
Digər Xəbərlər
07 Noyabr 2026 11:40
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
07 Noyabr 2026 11:21
Dövlət başçısı Qarabağ Universitetində təməlqoyma mərasimində - FOTOLAR
07 Noyabr 2026 11:08
Prezident Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında
07 Noyabr 2026 10:44
“Biz hər şeyin əbədi oldğuna inanırıq”
07 Noyabr 2026 10:40
"ASAN xidmət" bayram günlərində işləyəcək?
07 Noyabr 2026 10:01
Məcburi köçkün zəbt etdiyi mənzili başqasına satıb? - VİDEO + İDDİA
07 Noyabr 2026 09:10
"Sənlə çəkdirdik, deyəsən" - Prezidentlə "selfi" etmək istəyən sakinin dialoqu - VİDEO
06 Noyabr 2026 18:30


Bakı -°C

