Məşhur erməni, "Washington Post" un yazarı David İqnatius Vardanyandan yazdı...
"Washington Post" qəzetində köşə yazarı David İqnatiusun Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən Ruben Vardanyana həsr etdiyi məqalə dərc olunub.
Məqalənin ilk cümləsindən hiss olunur ki, burada həqiqət yox, erməni yalanları danışılır. Məqalədə deyilir:
“Donald Tramp Ermənistanın xristianlarını qoruyacağına söz verib”. O, Ruben Vardanyanla başlaya bilər. “Mən sizə Azərbaycanda siyasi məhbus olan və ömürlük həbslə üzləşən Ruben Vardanyan adlı şəxsin işinə daha çox diqqət yetirməyə layiq olan acınacaqlı vəziyyətindən danışmaq istəyirəm”.
Ümumiyyətlə qərəzli jurnalist məqaləsində əsl xristian həmrəyliyi sərgiləyib.
Erməni mediası onun bu məqaləsini şərh edərkən bildirir ki, Azərbaycan Vardaryana qarşı “terrorçuluqdan mütəşəkkil cinayətə” qədər 46 ittiham irəli sürüb:" Lakin reallıqda məqalə müəllifinin fikrincə, onunla bağlı məsələ əslində 2022-ci ildə Qarabağa köçüb orada dövlət naziri olmaq qərarı ilə bağlıdır".
İqnatius həmçinin 2022-ci ilin dekabrında guya Azərbaycanın Qarabağı blokadaya alınmasına, eləcə də 2023-cü ilin sentyabrında Qarabağı könüllü tərk edərək gedən ermənilərin İrəvana çatandan sonra məzlumanə çığır-bağırlarına, ermənilərin guya hərbi işğala və məcburi köçkünlüyünə məruz qalmasına da əməllicə şərh verib.
Xatırladaq ki, bütün dövrlərdə Qarabağla bağlı təxribat xarakterli məqalələr yazan "Washington Post" qəzetinin yazarı David İqnatiusu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ Baş nazir ikən "Davos 2009" toplantısında səhv idarəçiliyinə görə bər tənqid etmişdi.(Ərdoğanın məşhur "One Minute" çıxışı). İqnatiusu Türkiyəyə və Azərbaycana nifrətinin tək səbəbi bu deyil. Jurnalist məqalələrində 1920-ci ildə Ermənistandan ABŞ-a köçmüş erməni ailəsinin övladı və əsl erməni olduğunu bildirmişdi. Hazırda ermənilər onunla fəxr edir.
Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə) əməllərinin törədilməsində təqsirləndirilib.Həmçinin o, həmin Məcəllənin 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan əməllərin törədilməsində ittiham olunur.
Əntiqə Rəşid