"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinin jurnalistinin səhhəti ilə bağlı sualına əsəbiləşib.
Adalet.az xəbər verir ki, Tramp hətta jurnalisti və onun çalışdığı media qurumunu sərt şəkildə tənqid edib.
"Sən, xəstəsən! "Reuters" isə iyrəncdir. Sadəcə bu oğlana baxın, o, dəhşətli vəziyyətdədir", - deyə Amerika lideri müxbirə müraciət edərək bildirib.
ABŞ prezidenti qeyd edib ki, jurnalist iki həftədir onu müşayiət edir və bu müddət ərzində siyasətçinin özünü "əla" hiss etdiyini görə bilib.
"Özümü əla hiss edirəm, sən çox pis görünürsən. Bu nə iyrənc sualdır", - Tramp deyib.
Ötən həftə 80 yaşlı Amerika prezidenti özünü qoca hesab etmədiyini bildirib.
Tramp artıq üç idrak testindən uğurla keçdiyini bildirib. O, hesab edir ki, istənilən prezidentliyə namizəd oxşar testlərdən keçməlidir.
Digər Xəbərlər
30 Oktyabr 2026 12:08
Ermənistanda korrupsiyada şübhəli bilinən vəzifəli şəxslər həbs edildi
30 Oktyabr 2026 10:51
Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarələri məhv edildi
30 Oktyabr 2026 09:27
"ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək" - Vens
29 Oktyabr 2026 19:01


Bakı -°C

