Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı - VİDEO
Bakının Səbail rayonu, Badamdar qəsəbəsində fəaliyyət göstərən “EOS uşaq inkişaf mərkəzi”ndə azyaşlılara qarşı fiziki zorakılıqla bağlı görüntülər yayılıb.
Adalet.az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanıb.
“Xəzər TV”də yayımlanan və bu gün sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxt ərazisində fəaliyyət göstərən özəl uşaq bağçalarından birində azyaşlı uşağın müəssisə direktoru tərəfindən fiziki zorakılığa məruz qalması əks olunub. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib.
Dövlət Komitəsinə verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir.
Uşaqlara qarşı hər hansı formada zorakılığı qətiyyətlə pisləyirik. Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquqlarının və mənafelərinin qorunması hüququ var”, - qurum rəsmisi bildirib.
Qeyd edək ki, sözügedən iddialarla bağlı ötən gün mediada videogörüntülər də yayılıb. Valideynlər övladlarının bağçada ciddi psixoloji sarsıntı keçirdiyini və müəssisə rəhbərliyi tərəfindən döyüldüyünü iddia edirlər. Şikayətçilərin sözlərinə görə, hər uşaq üçün aylıq 200 manat ödəniş edilməsinə baxmayaraq, mərkəzdə övladlarına lazımi qayğı göstərilməyib. Həmçinin direktor barəsində əvvəllər də analoji şikayətlərin olduğu vurğulanıb.
Ətraflı videomaterialda:
Digər Xəbərlər
29 Oktyabr 2026 20:33
MDU-nun dosenti vəfat etdi
29 Oktyabr 2026 18:42
Ceyranbatanda 8 şagird qidadan zəhərlənməyib - RƏSMİ - YENİLƏNİB
29 Oktyabr 2026 12:47
BDU-nun professoru Adilə Abbasova vəfat edib
29 Oktyabr 2026 11:07
Şəmkirdə usta evdə təmir zamanı öldü
29 Oktyabr 2026 10:23
Bakıda azyaşlı qonşusunun evində pilləkəndən yıxılıb öldü
29 Oktyabr 2026 00:32
Anası tərəfindən təhdid olunan yeniyetmə qız sığınacağa yerləşdirildi - VİDEO
28 Oktyabr 2026 21:52
225 nömrəli məktəbin şagirdləri jurnalistlərə hücum etdilər - VİDEO
28 Oktyabr 2026 21:00


Bakı -°C

