ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
İllərdir davam edən effektiv peyvənd kampaniyaları nəticəsində 2000-ci ildə qızılcanın tamamilə aradan qaldırıldığı elan edilən ABŞ-də xəstəlik yenidən epidemiyaya çevrilib.
Adalet.az AFP-yə istinadən xəbər verir ki, Nyu-York ştatının şimalındakı Lyuis dairəsində qızılcaya yoluxan bir uşağın həyatını itirməsi ilə ştatda son 30 ildə ilk dəfə bu xəstəlikdən ölüm faktı qeydə alınıb.
Nyu-Yorkun Demokrat qubernatoru Keti Hoxul baş verən faciəni Vaşinqtonun səhiyyə siyasəti ilə əlaqələndirib. Qubernator bildirib ki, bu hadisə amerikalıları qarşısı alına bilən xəstəliklərdən qorumaq istiqamətində onilliklər boyu əldə edilmiş irəliləyişlərin pozulmasının ağır nəticəsidir. O, keçən ay ştatda və qonşu ərazilərdə yoluxma hallarının kəskin artması səbəbindən Nyu-Yorkda fövqəladə vəziyyət elan etmişdi.
Birləşmiş Ştatlar son 35 ilin ən kəskin qızılca epidemiyası ilə mübarizə aparır. Məlumatlara görə, artıq 47 ştatda 4 min 834 yoluxma faktı təsdiqlənib. Mütəxəssislər xəstəliyin bu dərəcədə təkrar alovlanmasını peyvənd əleyhinə təbliğatın artması və səhiyyə qurumlarına inamsızlıqla izah edirlər. Qızdırma, tənəffüs problemləri və səpgilərlə müşayiət olunan, pnevmoniya kimi ağır fəsadlar verən qızılca hər il dünyada minlərlə insanın həyatına son qoyur.
Digər Xəbərlər
04 Noyabr 2026 09:22
"Rusiya və Ukrayna razılaşmaya yaxındır" - Tramp
04 Noyabr 2026 09:20
Trampdan seçkilərlə bağlı açıqlama - "Bu halda hər şeyə veto qoyacağam"
04 Noyabr 2026 08:05
Himalay dağlarında 8 nəfər yoxa çıxdı - Əşyaları tapılıb, özləri yox
04 Noyabr 2026 08:01
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR
04 Noyabr 2026 07:43
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
04 Noyabr 2026 07:39
69 nəfərin öldüyü qəzadan sonra nazir istefa verdi
04 Noyabr 2026 07:38
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
04 Noyabr 2026 07:37


Bakı -°C

