Trampdan seçkilərlə bağlı açıqlama - "Bu halda hər şeyə veto qoyacağam"
ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında üzərində "Veto" sözü yazılmış qırmızı papaq fotosunu paylaşıb.
Adalet.az xəbər verir ki, bu paylaşım, Demokratlar Partiyasının Konqresin hər iki palatasında – Nümayəndələr Palatası və Senatda – çoxluq qazana biləcəyinə dair xəbərlərin ardınca gəlib. Eyni zamanda, ABŞ prezidenti bildirib ki, demokratlar, çox güman ki, onunla işləmək istəyəcəklər.
O, "CBS News"a verdiyi müsahibədə qeyd edib: "Əks halda, mən sadəcə hər şeyə veto qoyacağam və bu, onların xoşuna gəlməyəcək".
Daha əvvəl ABŞ lideri aralıq seçkilərin nəticələrini qəbul etməyə və demokratlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi.
***
Demokrat Partiyasının nümayəndələri hazırda ABŞ Konqresində yerlərin əksəriyyətini qazanırlar.
Adalet.az xəbər verir ki, "Associated Press" Senatda Demokratların qələbə qazanacağını proqnozlaşdırır. Agentliyin proqnozlarına görə, hazırda Demokratlar 45 Senat yerinə, Respublikaçılar isə 35 yerə sahibdirlər.
Nümayəndələr Palatasında Demokratlar 76 yerə, Respublikaçılar isə 39 yerə sahibdirlər.
Xatırladaq ki, ABŞ-də aralıq konqres seçkiləri keçirilir. Nəticələr Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Söhbət Konqresin aşağı palatasındakı 435 yerin hamısından və Senatdakı 100 yerdən gedir.
Digər Xəbərlər
04 Noyabr 2026 09:22
"Rusiya və Ukrayna razılaşmaya yaxındır" - Tramp
04 Noyabr 2026 08:08
ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
04 Noyabr 2026 08:05
Himalay dağlarında 8 nəfər yoxa çıxdı - Əşyaları tapılıb, özləri yox
04 Noyabr 2026 08:01
ABŞ-də Konqresə aralıq seçkilərdə demokratlar liderlik edir - YENİLƏNİR
04 Noyabr 2026 07:43
Kim Çen In Şimali Koreyanın yeni hərbi gəmisinin tikintisini yoxlayıb
04 Noyabr 2026 07:39
69 nəfərin öldüyü qəzadan sonra nazir istefa verdi
04 Noyabr 2026 07:38
Aİ vətəndaşlarına böhran xəbərdarlığı - “İlk üç gün üçün hazır olun”
04 Noyabr 2026 07:37


Bakı -°C

