24 Sentyabr 2025 19:16
143
DÜNYA

ABŞ-də dövlət binasında atışma - Yaralılar var

Dallasda İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) binasında atışma baş verib.

Adalet.az CNN-ə istinadən xəbər verir ki, azı 3 nəfər xəsarət alıb.

ICE komissarı vəzifəsini icra edən Todd Lyons bildirib ki, ilkin məlumatlara görə, atəş açan snayper olub. Zərərçəkənlərin vəziyyətinin ağır olduğunu yazır.

Milli Təhlükəsizlik katibi Kristi Noem X sosial media platformasında atəş açan şəxsin intihar etdiyini açıqlayıb. Onun meyiti yaxınlıqdakı binanın damında tapılıb. O, həmçinin qeyd edib ki, yaralıların sayı arta bilər.

Katib əlavə edib ki, hücumun motivi hələ məlum deyil.