24 Sentyabr 2025 19:40
85
DÜNYA

Zelenski: Rusiyanı sülhə məcbur etmək üçün birlikdə fəaliyyət göstərməliyik

Rusiyanı sülhə məcbur etmək üçün dünya ictimaiyyəti birlikdə hərəkət etməlidir.

Adalet.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Nyu Yorkda BMT Baş Assambleyasının ümumi debatlarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müharibəni və silahlanma yarışını dayandırmaq yeraltı uşaq bağçaları və ya kritik infrastrukturu gizlətmək üçün nəhəng bunkerlər tikməkdən daha ucuz başa gəlir.

"Biz birlikdə fərqli hərəkət etməliyik. O zaman bu silahlanma yarışlarının bizə fəlakət gətirməsinin qarşısını almaq şansımız olacaq", - Zelenski qeyd edib.