ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
ABŞ-də Ağ Ev lideri Donald Trampın təsviri olan 1 dollar nominallı sikkələr dövriyyəyə buraxılıb.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ Zərbxanası öz saytında məlumat yayıb.
Sikkələri qurumun rəsmi saytında da satın almaq mümkündür. Yüz sikkənin qiyməti 154 dollar təşkil edir.
Ön tərəfində Trampın təsviri, həmçinin "LIBERTY, IN GOD WE TRUST" və "1776-2026" yazıları yerləşdirilib.
Arxa tərəfində ABŞ-nin Prezident möhürü - zeytun budağı və oxları olan qartal təsvir edilib. Qalxanın üzərində ABŞ-nin müstəqilliyinin 250 illiyi şərəfinə "250" rəqəmi yerləşdirilib. Sikkədə həmçinin "UNITED STATES OF AMERICA, "ONE DOLLAR" və "E PLURIBUS UNUM" yazıları qeyd olunub.
Xatırladaq ki, Trampın təsviri olan sikkələrin buraxılacağı barədə ilk xəbəri iyulun 15-də ABŞ-nin maliyyə naziri Skott Bessent yayıb.
Digər Xəbərlər
22 Sentyabr 2026 20:47
Zelenski BMT-nin mənzil-qərargahına belə getdi - FOTO
22 Sentyabr 2026 20:21
BMT üzvləri Şimali Kipri tanımağa dəvət edilib
22 Sentyabr 2026 20:20
Qrenlandiyaya iddialı olan Tramp təhlükəsizlik sazişi imzaladı
22 Sentyabr 2026 20:11


Bakı -°C

