ABŞ-ın Ukrayna müharibəsindən gözləntiləri
ABŞ -ın dövlət katibi Entoni Blinken bəyan edib ki, onlar Ukraynada gedən hərbi döyüşlərin sülh danışıqları ilə bitəcək.
Adalet.az xəbər verir ki, bundan başqa dövlət katibi bildirib ki, "ABŞ elə etməlidir ki, Ukraynanın suveremliyi və müstəqilliyi zərər görməsin. Bu həm ukrsynalılar, həm də bütün dünya üçün çox vacibdir".
Əslində Blinken hamının bildiyi həqiqəti söyləyib. Bütün müharibələr müddətindən və gedişatından asılı olmayaraq sülh danışıqları ilə başa çatır. Lakin maraqlısı odur ki, ABŞ kimi nüfuzlu bir ölkənin dövlət katibi "sülh axtarışındadır", ABŞ-ın müdafiə nazirliyi isə müharibənin daha da şiddətlənməsi üçün Ukraynaya bir milyard dollarlıq silah-sursat ayırmağı qərara alıb.
Bir tərəfdən də, ABŞ Konqressinin senatorları Riçard Blyumental və Lindsi Qrem bir daha Rusiyanı terrorun sponsoru olduğunun elan edilməsini yenə də tələb ediblər. Qrem hətta bəyan edib ki, senatorlar "Moskvanı daha çox sanksiyalarla yükləmək üzərində düşünürlər". Bu bir daha göstərir ki, amerikan siyasətçiləri hələ rusları yaxşı tanımırlar.
" The NewYork Times" bildirir ki, Blinken Rusiyanın terrorizmi maliyələşdirməsi məsələsinə qarşı çıxır. Bayden administrasiyası da, konqressin və Ukrayna tərəfinin xahişlərinə bzxmayaraq, bu ideyaya ehtiyatla yanaşır.
Rüstəm Hacıyev
Digər Xəbərlər
24 Dekabr 2025 13:16
Vuçiç İlham Əliyevi təbrik etdi
24 Dekabr 2025 12:23
Xəyanət cəzasız qalmayacaq
24 Dekabr 2025 12:22
Şavkat Mirziyoyev İlham Əliyevə zəng etdi
24 Dekabr 2025 12:22
Putin İlham Əliyevə zəng etdi - YENİLƏNİB
24 Dekabr 2025 12:01
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
24 Dekabr 2025 10:44
AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib
23 Dekabr 2025 17:45
Cevdet Yılmaz Sahibə Qafarova ilə regional prosesləri müzakirə edib - YENİLƏNİB
23 Dekabr 2025 17:28


Bakı -°C

