adalet.az header logo
  • Bakı -°C
18 Fevral 2026 20:31
82
DÜNYA
A- A+

ABŞ İrana böyük hücuma başlayacaqmı? - Ehtimallar

ABŞ-ın İrana qarşı potensial hərbi kampaniyası tammiqyaslı müharibə xarakteri daşıyacaq və bir neçə həftə davam edəcək. Bu, ötən ay Venesuelada həyata keçirilmiş nöqtəvi əməliyyatdan əhəmiyyətli dərəcədə fərqlənəcək.

Adalet.az xəbər verir ki, bu barədə “Axios”a mənbələr məlumat verib.

Mənbələr qeyd edir ki, daha öncəki əməliyyatda əvvəl İsrail İrana tək hücuma başlamışdısa, daha sonra ABŞ da hücum əməliyyatına qoşulmuşdu. Bu dəfə isə böyük ehtimalla hər iki ölkə birgə İrana qarşı hücuma başlayacaq.

Bildirilir ki, bu əməliyyat miqyasına görə daha geniş olacaq və İran rejimi üçün ötən ilin iyununda İsrailin rəhbərliyi ilə aparılmış 12 günlük müharibə ilə müqayisədə daha ciddi, hətta ekzistensial təhlükə yaradacaq.

Nəşr vurğulayıb ki, yaxın həftələrdə genişmiqyaslı əməliyyatın başlanması ehtimalı 90 faizdir.

Qeyd edək ki, son vaxtlar ABŞ-ın regiondakı hərbi mövcudluğu əhəmiyyətli dərəcədə genişləndirilib. Donanmaya iki aviadaşıyıcı, onadək hərbi gəmi, yüzlərlə qırıcı təyyarə və bir neçə hava hücumundan müdafiə sistemi daxildir.