"ABŞ İranla sülh razılaşması bağlamaq niyyətini açıq bəyan etməlidir" - Əraqçi
İran ABŞ-ni Tehranla sülh razılaşması əldə etmək niyyətini açıq şəkildə bəyan etməyə çağırıb. Bundan sonra Hörmüz boğazının açılması ilə bağlı danışıqlara başlamaq mümkün olacaq.
Adalet.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Nazirin sözlərinə görə, Vaşinqton razılaşma əldə etməkdə ciddi, maraqlı olduğunu nümayiş etdirməli və etimadın yaradılması istiqamətində bir sıra addımlar atmalıdır. Bu şərtlər yerinə yetirilərsə, Tehran saziş layihəsini və onun icrasını müzakirə etməyə hazırdır.
Əraqçi qeyd edib ki, Hörmüz boğazının açılması üçün İranın irəli sürdüyü yeddi şərt yerinə yetirilməlidir. O, bu şərtlərin icrası ilə bağlı təklifləri müzakirə etməyə, o cümlədən ekspert səviyyəsində danışıqlara başlamağa hazır olduqlarını bildirib.
XİN rəhbəri, həmçinin İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı danışıqlara açıq olduğunu, lakin nüvə materiallarının ölkədən çıxarılmasına razılaşmayacağını vurğulayıb.
Digər Xəbərlər
21 Noyabr 2026 13:08
"Rusiya, ABŞ və Çin nüvə arsenallarını azaltmalıdırlar" - Tramp
21 Noyabr 2026 09:20
Putinlə görüşünün detallarını açıqladı
21 Noyabr 2026 09:08
"Tələbə olanda dörd uşağımız var idi, amma otaqlarımız ayrı idi" - Pezeşkian
21 Noyabr 2026 00:09
Rusiya Krivoy Roqa zərbələr endirdi - Xeyli yaralı var - FOTOLAR
20 Noyabr 2026 23:49
Rubio: ABŞ, Rusiya və Çin liderləri arasında təmaslar əvəzsizdir
20 Noyabr 2026 23:42
“İran razılaşma istəyir, amma şərtlərimizi qəbul etmir” - Tramp
20 Noyabr 2026 22:20
"Putin müharibəyə son qoymaq istəyir" - Tramp
20 Noyabr 2026 17:50


Bakı -°C

