adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2026 11:34
38
ƏDƏBİYYAT
A- A+

"Ulduz" jurnalının Xaqaniyə həsr olunmuş xüsusi sayının Sumqayıtda təqdimatı keçirilib

20 noyabr 2026-cı il tarixində Sumqayıtda, Əli Kərim adına Poeziya Evində "Ulduz" dərgisinin  böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,"Təhsil Nəşriyyat Poliqrafiya" MMC  və dərginin birgə layihəsi kimi işıq üzü görən xüsusi buraxılışının təqdimatı keçirilib. 

Adalet.az xəbər verir ki, tədbirdə Filologiya üzrə elmlər doktoru, Sumqayıt şəhər deputatı Elnarə Akimova, "Ədəbiyyat" qəzetinin redaktoru Azər Turan, "Təhsil" nəşriyyatının direktoru Tural Axundov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Prezidentin fərdi təqaüdçüsü, şair Ofeliya Babayeva,  N.Gəncəvi adına  Ədəbiyyat İnsititunun alimləri, "Ulduz" jurnalının  kollektivi, SDU-nin müəllim və tələbələri, "Ulduz" jurnalının Rusiya təmsilçilərindən Günay Səma Şirvan və Estoniya təmsilçisi Xaqani Qayıblı    iştirak ediblər. Tədbiri giriş sözü ilə İbrahim İlyaslı açaraq Xaqani buraxılışının gərəkliliyindən söz açıb.

Daha sonra  "Ulduz"un baş redaktoru Qulu Ağsəs Prezident sərəncamından irəli gələn, A.Bağırlı və T.Vahidin səyi nəticəsində toplanıb ərsəyə gələn xüsusi buraxılışın yaranmasından  danışıb. Çıxışlarında: Xaqan-- zaman, məkan,dövr;   Xaqani və müasirlərimiz; Xaqaninin  tədqiqi və s. kimi mövzulara toxunan Elnarə Akimova, Azər Turan, Aygün Bağırlı, İmamverdi Həmidov, Elnarə Zeynalova, Fəridə Əzizova, Könül Hacıyeva,  Vaqif Yusifli, Təranə Vahid və digər natiqlərin  fikirləri maraqla dinlənildi.  Xanəndə və qiraətçilərin ifaları tədbirə rəng qatdı.