adalet.az header logo
  • Bakı -°C
21 Noyabr 2026 10:04
49
SİYASƏT
A- A+

Üç supergücün hesabında Bakı var - Əliyevin Vyetnam səfərinin böyük sirri

“Prezidentin Vyetnama səfərini çox zaman rəsmi çalarlar altında itirirlər. İlk baxışdan uzaq Cənub-Şərqi Asiyadakı bir dövlətlə bizim nə əlaqəmiz? Bu günlərdə Esvatinidə Azərbaycanla bağlı bir xəbər dolaşırdı ki, investisiya yatırırıq. Qayıdaq başa. Sovet dövründə Şərq və Afrika xalqlarının nümayəndələri əksərən Bakıda təhsil alıblar”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib. 

“Onları Bakı ilə bağlayan böyük bir elmi, mədəni, ideoloji bağ mövcuddur. Bir növ, yarımazərbaycanlıdırlar.Sovet dövründə (xüsusilə 1950–1991-ci illərdə) Azərbaycanda Asiya, Afrika və Latın Amerikasının 70-dən çox ölkəsindən ümumilikdə 15 mindən artıq xarici tələbə, aspirant və stajçı təhsil alıb. İkincisi, böyük əksəriyyəti öz dövlətində tanınmış, həlledici vəzifələrdə olan adamlardır.İndi Azərbaycanın itmiş SSRİ-nin təhsil siyasətinin dosyesini qaldırıb insani resurs və keçmişdəki əlaqələrin bərpası üzərindən prosesi reallaşdırması kifayət qədər əla bir addımdır. Həm dövlət olaraq yeni bazarlar əldə edirik, investisiyalarımıza dəyər qazandırırıq. Həm də təsirimizi qlobal ticari məkanlarda artırırıq. Sovet də belə edirdi, lakin səhvi onda idi ki, pullarını geridönərliliyi olmayacaq şəkildə xərcləyirdi”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN