Belarus Silahlı Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfər edib
Azərbaycan və Belarus respublikaları müdafiə nazirlikləri arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq, bu ölkənin Silahlı Qüvvələrinin rabitə rəisi – Silahlı Qüvvələrin Baş Qərargahının Rabitə İdarəsinin rəisi polkovnik Pavel Prasolun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı şəhərinə səfər edib.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində qonaqlarla “Rabitənin təşkili və rabitə bölmələrinin tətbiqi üzrə işçi görüşü” keçirilib. Tədbirdə həmçinin rabitə bölmələrinin və vasitələrinin tətbiqi, eləcə də digər mövzulara dair qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonra nümayəndə heyəti N saylı hərbi hissədə olub. Burada qonaqlara Azərbaycan Ordusunda rabitə işinin təşkili haqqında ətraflı məlumat verilib, müasir tələblərə cavab verən müxtəlif rabitə vasitələri və texnikalar təqdim olunub.
Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Mərkəzini və Hərb Tarixi Muzeyini ziyarət edib, ölkəmizin hərb tarixi, eləcə də Vətən uğrunda şəhid olanların qəhrəmanlıq yolu ilə tanış olublar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Qeyd edilib ki, səfər iki ölkə arasında qoşunlarda rabitə işinin təşkili sahəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və kadr hazırlığı istiqamətində əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Digər Xəbərlər
20 Noyabr 2026 17:04
Prezidentin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı videoçarx paylaşıldı
20 Noyabr 2026 15:31
Qafarova MDB PA-nın 61-ci plenar iclasında
20 Noyabr 2026 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü - FOTOLAR
20 Noyabr 2026 14:30
Əli Əsədov İrakli Kobaxidzeyə başsağlığı verdi
20 Noyabr 2026 14:27
İlham Əliyev Çan Tan Man ilə görüşdü - YENİLƏNİB
20 Noyabr 2026 12:47
Azərbaycanla Vyetnam arasında birbaşa hava reysləri ola bilər
20 Noyabr 2026 12:46
Prezident Vyetnamın Baş naziri ilə görüşdü - YENİLƏNİB
20 Noyabr 2026 12:17


Bakı -°C

