DYP-dən sürücülərə XƏBƏRDARLIQ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı sürücülərə xəbərdarlıq edib.
İdarədən Adalet.az-a verilən məlumatda bildirilib ki, sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur:
"Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan, avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.
Qanuna əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.
Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, digər sürücülər onu vaxtında görə bilsin.
Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir".
Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.
Digər Xəbərlər
20 Noyabr 2026 16:50
Bu tarixdən yağış intensivləşəcək - XƏBƏRDARLIQ
20 Noyabr 2026 15:34
Metrodan istifadə edənlər azalıb
20 Noyabr 2026 14:35
Arzu Əliyeva və Leyla Əliyeva Hanoyda - FOTO
20 Noyabr 2026 14:34
AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
20 Noyabr 2026 14:14
Emin Hüseynov: Ağdamda növbəti ilin ilk yarısında əhali sayının 10 min nəfər artması proqnozlaşdırılır
20 Noyabr 2026 13:42
Badamdardakı sürüşmə sahəsində aktivlik davam edir - Rəsmi
20 Noyabr 2026 12:28
Məleykə Abbaszadədən təyinatı ilə bağlı AÇIQLAMA
19 Noyabr 2026 22:26


Bakı -°C

