adalet.az header logo
  • Bakı -°C
20 Noyabr 2026 09:10
40
ƏDƏBİYYAT
A- A+

Ağdam şəhəri gününüz mübarək!

2020-ci il 8 noyabr tarixli  Rəşadətli qələbə-Zəfərin  qazanılması nəticəsində işğala məruz qalmış Azərbaycanımızın Qarabağ ərazisində olan torpaqlarımız düşmən tapdağından təmizləndi.  Dövlət-Xalq-Ordu  birliyi ,Ali Baş Komandan İlham Əliyevin başçılığı altında Müzəffər Ordumuz torpaqlarımızı işğalçı qüvvələrdən azad etməklə tariximizə qızıl hərflərlə həkk olunmuş  yeni bir şərəfli, şanlı səhifəni əlavə etdilər- bu xalqın şərəf və ləyaqətinin , bütövlüyünün  qorunmasının təsdiqi oldu !

İndi azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri sürətlə davam etdirilir, keşmiş məcburi köçkünlər Dövlət proqramına uyğun olaraq doğma ocaqlarına dönürlər, yeni-yeni şəhərlər, qəsəbə və kəndlər müasir üslubda yenidən qurulur. 

Doğulub boya-başa çatdığım, gəncliyimin ən gözəl çağlarını yaşadığım ,dövlətimizə sədaqətlə xidmət etdiyim Ağdamın ən yeni üslubda- texnologiyalar əsasında qurularaq minlərlə köçkünlərimizin istifadəsinə verilməsinin şahidiyik , Ağdam şəhərinə minlərlə ailələrin köçürülməsi, abad yaşayış massivlərinin istifadəyə verilməsi günümüzün ən sevindirici reallığıdır  !

2021-ci ildə Prezident İ.Əliyevin Ağdam şəhərinin təməlini qoyarkən söylədiyi dərin məzmunlu, əsaslandırılmış fikirləri bu gün uğurla həyata keçirilən Dövlət siyasətinin parlaq nəticəsidir. İndi Ağdama yeni həyat gəlmişdir, şəhər və kəndlərimiz  yaraşıqlı evləri, infrastrukturu və sosial-iqtisadi inkişafı ilə göz oxşayır, insanlarımızın simasında təbəssümü  açıq -  aydın görürük .

Uzun illərin qəm-qüssəli illəri artıq geridə qalmışdır. 

Qarabağın giriş qapısı olan doğma Ağdamın ağ günləri başlayır, bu xoş gündə şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə sağlamlıq arzulayıram. 

PREZİDENT İ.ƏLİYEVİN 31iyul 2023-cü il sərəncamına əsasən  20 Noyabr  Ağdam Şəhəri Günüdür. Bu tarix azadlığına qovuşmuş Ağdamın yenidən həyata qayıdışı,  böyük inkişafı və xoşbəxt gələcəyinin əsasıdır  !

AĞDAM SƏN AZADSAN !

Əziz xalqımız, doğma Ağdam sakinləri , Ağdam Şəhəri Günü münasibətilə təbriklərimi Sizlərə çatdırmaqdan  çox məmnunam. 

Qalib ölkənin vətəndaşl olmaqla  böyük xoşbəxtlik duyuram  !

İnanıram ki, yaxın bir dövrdə Ağdama qovuşmaq, yaşamaq və yaratmaq  hər birimizin ən müqəddəs arzusu və borcudur!

Ali Baş Komandan İlham Əliyev, onun Müzəffər Ordusu var olsun  !

Ağdam Şəhəri Günümüz Mübarək  !

 

Sabit Əzimov