adalet.az header logo
  • Bakı -°C
17 Noyabr 2026 11:06
51
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: Səbrin şeiri

Başını  qaldırıb  bax,
Göy  üzündə  bulud  var...
Sən,  yağış  istəyirdin -
Demək , hələ  umud  var!..

Kipriyi  duzlu suda
Min yol islat, ya  yu da...
Demək  qədərdi  bu  da -
Bunda da  bir  umud  var!..

Bəllidi  Yerin  ahı
Göydü  çəkən  günahı!..
Var  axşamın  sabahı -
Sonda  ölür  umudlar...