Hər kitabı oxumaq olmur...
İndi kiminlə söhbət edirsən, deyir ki, kitabım çıxıb və tez yeni çapdan çıxmış kitabına avtoqraf yazıb sənə verir! Sən də üzə düşüb kitabı götürursən! Tay deyə bilmirsən ki, ay qardaş, vallah keçən dəfə verdiyin kitab bir şey deyildi!
Nə isə... " Lənət şeytana"- deyib kitabı vərəqləyirsən! Nə qədər kitabı ələk-vələk eləsən də oxumalı bir şey tapa bilmirsən! Bədii söz, poetik ifadə bir tərəfə qalsın, heç normal bir cümlə tapıb oxuya bilmirsən! Beşinci sinif şagirdi belələrindən savadlıdır, çünki onlar ən azından cümlə qura bilir və fikirlərin aydın, səlis ifadə edə bilir! Bu on kitab müəllifinin isə bir normal, bitmiş bir fikiri ifadə edən cümlə tapa bilmirsən!
Ona görə də mən belə kitabları çırıb zibil qutusuna atıram! Bir dəfə belə kitablardan birini müəllif mənə verdi, baxdım , içində bir şey tapa bilmədim, sonra da çırıb atdım zibil yeşiyinə! Üç gündən sonra müəllif mənimlə görüşəndə soruşdu ki, " kitabım xoşuna gəldi?" Dedim ki, yox cırıb atdım zibil qutusuna! Bu sözlərdən sonra o, qıpqırmızı qızardı və bir də mənə " kitabı"nı vermədi! Kitab müqəddəs bir şeydir! Ona görə də bu məsələyə hamı diqqətlə yanaşılmalıdır!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
14 Noyabr 2026 11:40
“İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın...”
13 Noyabr 2026 16:53
"Xarici turistlər deyirlər ki, lülə kabab dadlıdır, şəkərbura ondan da dadlıdır" - Anar
13 Noyabr 2026 12:23
BÖYÜK ÇÖLÜN SÖZ SALNAMƏSİ
11 Noyabr 2026 13:01


Bakı -°C

